Sizin Reklam Burada
Xəbər lenti
14 oktyabr
13 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Əvvəlcə onun başına yaylıq bağladı, sonra üzünə tüpürdü — Həsənağa Turabovla bağlı MARAQLI FAKT

Tarix: 15-09-2019 19:48     Baxış: 329 A- / A+
Əvvəlcə onun başına yaylıq bağladı, sonra üzünə tüpürdü — Həsənağa Turabovla bağlı MARAQLI FAKT

Sosial şəbəkədəki səhifələrin birində mərhum aktyor Həsənağa Turabov haqqında maraqlı bir fakt yazılıb.

Əhvalatı olduğu kimi təqdim edirik:

“Böyük sənətkarımız Həsənağa Turabovu qonaq çağırırlar. Bir az gec gedir. Qapıya yaxınlaşanda eşidir ki, qonaqlardan biri onun haqqında danışır, qeybət edir. Özünü saxlaya bilmir, içəri daxil olur və masaya yaxınlaşır. Hər kəs başa düşür ki, Həsənağa müəllim bütün danışıqları eşidib. Hər kəs ondan çəkinərdi. Həsənağa müəllim onu qonaq çağıran kişinin arvadını yanına çağırır və xahiş edir ki, başındakı yaylığı çıxarsın. Qadın başındakı yaylığı çıxarıb ona verir. Həsənağa müəllim arxasınca nahaqdan danışan adamı ayağa qaldırır, qadının yaylığını onun başına bağlayır və üzünə tüpürüb deyir:

“Məclisdə kişilərlə oturun. Mən bu adama çox yaxşılıq etmişəm, amma kişiyik, gərək deməyək. Dünən ayaqqabısı cırıq idi, barmağı çölə çıxırdı. Ürəyim dözmədi, cibinə pul qoydum, o da gedib özünə ayaqqabı alıb və o ayaqqabıları geyinib qaça-qaça gəlib burda mənim arxamca danışır”.

Həsənağa müəllim onun üzünə tüpürür və ordakılarla da bir daha oturmur. Deyir ki, kişinin yanında qeybət etməzlər, siz də kişi deyilsiniz! Məclisi tərk edib gedir...”

Qeyd edək ki, Azərbaycan SSR dövlət mükafatı laureatı, Azərbaycan SSR-nin xalq artisti, "Şöhrət" ordeni laureatı, SSRİ Ali Sovetinin deputatı olan sənətkarımız 2003-cü ildə 64 yaşında vəfat edib.ölkə.az


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar