Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazirin şirkəti ilə bağlı yeni xəbər – 763 milyon manat

Tarix: 09-09-2019 22:32     Baxış: 3251 A- / A+
Nazirin şirkəti ilə bağlı yeni xəbər – 763 milyon manat

"Gilan” MMC bu il ikinci dəfə nizamnamə kapitalının həcminə nəzər salıb. İndi şirkətin nizamnamə kapitalı 0,5 mlrd. dollara yaxınlaşır.

Manevr.az xəbər verir ki, Turan-ın yaydığı məlumata görə, kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bu yaxınlarda "Gilan" MMC-nin nizamnamə kapitalı 395 850 678 manatdan 763 066 044 manata qədər artırılıb.

Bu ilin əvvəlində nizamnamə kapitalı 22 182 402 manat təşkil edirdi. Şirkətin nizamnamə kapitalının artırılmasının birinci mərhələsi iyunda baş verib. Xatıladaq ki, bu il fevralın əvvəlində "Gilan" MMC "AFB Bank" ASC-də nominal qiyməti 70 mln. manata bərabər olan 99,64% səhm payını satıb.

Paralel olaraq "Gilan Holding" MMC-nin də nizamnamə kapitalı artırılıb. İndi şirkətin nizamnamə kapitalında 4000 manat əvəzinə (2019-cu ilin avqustuna qədər) 98 483 064 manat var. Həmçinin holdinqin iki aparıcı strukturunun da ("Benkons" MMC və "United Enterprises Azərbaycan" MMC) kapitalı bir neçə milyon manat artırılıb.

Xatırladaq ki, bu ilin fevral və aprelı aylarında dövlət reyestr məlumatlarına "Gilan" MMC və "Gilan Holding" MMC barədə dəyişikliklər edilib, bu güman ki, onların sahiblərinin heyəti və pay iştirakı ilə bağlıdır.

Bu dəyişikliklərlə bağlı Turan İA-ninn məlumatı holdinq rəhbərliyi tərəfindən təkzib edilməyib.

2013-cü ilə olan açıq məlumatlara əsasən, Gilanda Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən "Sahra" FZCO və "Shams Al Sahra" FZCO şirkətləri vasitəsilə 50/50 nisbətdə Tale və Nicat Heydərovlar (fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları) paya sahibdir.

Şirkətin aktivlərinə Azərbaycan ərazisində və ölkədən kənarda çoxlu sayda müəssisə və daşınmaz əmlak daxildir. Bəzi məlumatlara görə, onların sayı 300-ə çatıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar