Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

AYB-nin rəhbərliyinə açıq məktub

Tarix: 22-08-2019 20:11     Baxış: 2147 A- / A+
AYB-nin rəhbərliyinə açıq məktub
AYB-nin üzvü, Prezident təqaüdçüsü, gənc şair Emil Rasimoğlu AYB rəhbərliyinə açıq məktub ünvanlayıb.

Manevr.az məktubun mətnini təqdim edir:

Salam, hörmətli AYB rəhbərliyi!

Öncədən deyim ki, bu məktubu mənə yazdıran AYB-nin XIII qurultayında namizədliyini verəcəyini açıqlayan gənc şair Fuad Cəfərlinin mətbuata müsahibəsindəki "Yaxın ay və ya aylarda haqqımızda tədbirlər görəcəkləriylə bağlı təhdidlər almışam"- deyərək sizin tərəfinizdən aldığı təhdidləri bildirməsidir. O təhdidlər ki, (müsahibədən də aydın görünür) orada obyekt tək Fuad bəy yox, eyni zamanda AYB-nin XIII qurultayında namizədliyini verəcəyini açıqlayan mən və digər həmkarım Tural Turandır.

Hörmətli, AYB rəhbətliyi!

Bir rəhbərlik olaraq bilirsiniz ki, yaşı 25-i keçən, AYB-nin üzvü olan hər kəs AYB-nin qurultayında namizədliyini vermək hüququna malikdir. Biz (mən və digər həmkarlarım) də ölkə qanunvericiliyinə söykənib öz hüququmuzdan istifadə etməyi qərara alıb AYB-nin XIII qurultayında namizədliyimizi verəcəyimizi açıqladıq.

Həmin açıqlamadasa kiməsə düşmən olacağımızı bəyan edib, kiminsə ünvanına alçaldıcı nələrsə söyləmədik. Baxmayaraq ki, bizə münasibətlərdə şəxsiyyətə toxunuşlar var idi. Amma biz bütün polemikalarda etik normaları qoruduq. Sayğı...ehtiram...diqqət! Heç əksinin olmasına ədəbimiz belə yol verməzdi, nəinki qanun..!

Yəqin mətbuatdan siz də gördünüz ki, bir sıra ictimaiyyət nümayəndələri, Xalq artistləri, respublikada yetərincə nüfuz, dəyər sahibi olan ünlü isimlər Azərbaycan gəncliyinin şəxsində bizi dəstəklədi, gəncliyə yol oldu.

Amma siz bu gün adekvat addım olaraq haqqımızda hansısa tədbirlərin görüləcəyi ilə bizi təhdid edirsiniz. Təhdidlər AYB üzvlüyündən çıxarılmaqdımı və ya digər bu kimi hər hansı bir xoşagəlməz addımdırmı, artıq onu özünüz gözəl bilirsiniz. Amma siz bu istəyinizlə sanki gəncliyə qarşı çıxırsınız. Niyə axı?! Hüquqi baxımdan namizədliyini vermək, alternativ olmaq hüquqların tapdalanması ilə nəticələnməlidirmi?

Özünüz də gözəl bilirsiniz ki, bu gün ölkədə əksər sahələrdə gənclər siyasəti yürüdülür. Bələdiyyə seçkisindən tutmuş parlament, Prezident seçkilərinə qədər gənclərə namizəd olmaq hüququ verilib. Bu mənada da o seçkilərdə gənclər namizədliklərini də verir, alternativ də olur. Heç onlara bu dərəcədə təpkilər, təzyiqlər bu kimi adekvat addımlar atılmır! Siz niyə atmalısınız?

Bu addımınız ölkə qanunvericiliyə, AYB-nin nizamnaməsinə, hüquqlarımızın tanınmasına və sonda ölkə rəhbərinin gənclər siyasətinə zidd deyilmi?!

Sonda müstəqillik bəyamnaməsi olan Azərbaycan Respublikasının vətəndaşı kimi, mənsub olduğum qurumun üzvü kimi hüquqlarımızın tanınmasını mütləq hesab edirəm! Bu məsələdə isə siz AYB rəhbərliyini məsul görürəm.

Sayğılarla,
Emil Rasimoğlu
AYB-nin üzvü,
Prezident təqaüdçüsü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar