Sizin Reklam Burada
Xəbər lenti
21 avqust
20 avqust
BÜTÜN XƏBƏRLƏR

Əli Məsimli:“İkirəqəmli inflyasiyanın əsas törədicisi monopoliyalardır” - MÜSAHİBƏ

Tarix: 13-08-2019 16:21     Baxış: 361 A- / A+
Əli Məsimli:“İkirəqəmli inflyasiyanın əsas törədicisi monopoliyalardır” - MÜSAHİBƏ

Hazırda dünyada neft qiymətlərini salan proseslər gedir, getdikcə də dərinləşir. ABŞ-Çin ticarət savaşı, dünyada və Çində iqtisadi artım sürətinin zəifləməsi, eyni zamanda yeni qlobal böhran gözləntilərinin artması. Bu şəraitdə Azərbaycan hökuməti hansı addımları atmalıdır? Hansı tədbirlər görülməlidir ki, 2015-2016-cı illərdəki problemlər yenidən meydana çıxmasın?

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli strateq.az-ın bu və digər suallarını cavablandırıb.

Manevr.az həmin müsahibəni təqdim edir:

– Əli bəy, dünyada gedən iqtisadi və siyasi proseslər bizim kimi resurs ölkələri üçün heç də əlverişli şərtlər formalaşdırmır. Bu şərtlər fonunda Azərbaycan hansı addımları atmalıdır?


– Hazırda dünya iqtisadiyyatı çox təhlükəli bir fazadadır. Dünya iqtisadiyyatı üçün 2019-cu ilin əsas təhlükələri siyasi oyunların və buna uyğun olaraq da siyasi gərginliyin artan xətlə getməsi, qlobal “ticarət müharibəsi” və beynəlxalq maliyyə bazarlarında vəziyyət mürəkkəbləşməsi və sair bu kimi problemlər qlobal böhran təhlükəsi yaradır.Bütün bunların fonunda bu il Azərbaycanda iqtisadi artım tempinin sürətlənməsi, xarici ticarət və daxili maliyyə balanslarının tarazlığı bütövlükdə ölkənin makroiqtisadi sabitliyini təmin edə bilir. Eyni zamanda Azərbaycanın maliyyə bazarı dünya maliyyə bazarı ilə əlaqəsi zəif olduğundan, milli valyutamız tam üzən məzənnə rejiminə keçmədiyindən, manatın məzənnəsini valyuta bazarındakı durumdan daha çox Mərkəz Bank müəyyənləşdirdiyindən, hazırda dünya iqtisadiyytaında gedən proseslərin, o cümlədən ABŞ-Çin ticarət savaşı, valyuta müharibələri, dünyada və Çində iqtisadi artım sürətinin zəifləməsi və sair bu kimi mənfi meyllər Azərbaycan iqtisadiyyatına birbaşa təsir eləmir. Amma təbii ki, dolayı təsirlər var və hadisələrin gedişi də göstərir ki, bu təsir getdikcə güclənəcək…

– Bu şəraitdə manatın məzənnəsinə hansı təhlükələr yaranır?

-Manatın 2015-ci ildəki iki şok devalvasiyası göstərdi ki, milli valyutamız üzən məzənnə rejiminə keçməsə də, Azərbaycan iqtisadiyyatı neft amili vasitəsilə birtərəfli şəkildə “xarici şəraitə” elə güclü “inteqrasiya” olunub ki, məhz həmin “inteqrasiyadan” doğan asılılıq qarşıdakı illərdə dünya iqtisadiyyatında gedən proseslərdən qaynaqlanan çağırışlara adekvat cavablar axtarmağı ciddi zərurətə çevirib. Bu, ilk növbədə dünya bazarında neftin qiymətinin psixoloji həddən aşağı enərək qeyri-müəyyənlik zolağına daxil olmasından doğan problemlərlə bağlı olacaq. Beynəlxalq aləmdəki gərginliyi artıran həmin amillər neftin ucuzlaşmasına səbəb olur. Qlobal “ticarət mühabirəsi” də Azərbaycana müəyyən dərəcədə təsir edəcək. Bu isə manata həm iqtisadi,həm də psixoloji xarakterli təzyiqləri artırır.

-Sadaladığınız təzyiqlərin təsirini minimallaşdırmaq üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?

-Yaxın və orta perspektivdə Azərbaycanın qarşısında daha çox 5 mühüm problemin həlli durur: Birincisi, islahatları dərinləşdırmək hesabına iqtisadiyytaımızın neft amilindən asılılığının azaldılması və Azərbaycan iqtisadiyytaının hərəkətverici qüvvəsini iqtisadiyyatın liberallaşdırılması, insan inkiafının önə çıxarılması və innovasiyalı inkişaf relsləri üzərinə keçirilməsi istiqamətində atılan addımları sürətləndirmək. İkincisi, hazırda dünyada gedən proseslər qarşıdakı illərdə dünya iqtisadiyyyatında ciddi dəyişiklərə gətirib çxaracaq. Bunula əlaqədar olaraq Azərbaycanda başlanan islahatlarda, ortamüddətli perspektivdə dünya təsərrüfat sisteminin simasını müəyyən edəcək, bəlkə də dizaynını dəyişdirəcək əsas trendləri nəzərə almaqla çevik dəyişikliklər etməyi bacarmaq. Üçüncüsü, korrupsiya, inhisarçılıq və ondan qaynaqlanaraq ölkənin öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilmiş neqativlərin aradan qaldırılmasına yönələn işləri genişləndirmək. Bunun magistral yolu islahatları dərinləşdirməkdən və iqtisadiyyatın liberallaşdırılmasından və rəqəmsallaşdırılmasının gücləndirilməsindən, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılmasından keçir.

Məlumdur ki, bu qəbildən olan islahatlatlar sistemli və davamlı xarakter alıb əhali tərəfindən dəstəklənəndə onun nəticələri həm iqtisadiyyat, həm də əhali üçün daha müsbət olur. İslahatlar dərinləşsə və təsərrüfat fəaliyyətinin rəqəmsallaşdırılması gücləndirilsə, şəffaflıq, hesabatlılıq və məsuliyyət artrılarsa korrusionerlər indiyə qədərki səviyyədə korrupsiya ilə məşğul ola, monopolistlər indiki səviyyədə pozucu fəliyyətlə məşğul ola, dominant mövqelərindən istifadə edib kiçik və orta biznesi indiki qədər sıxa, süni qiymət artımı hesabına xalqı soya, məmurların acgöz zümrəsi indiki qədər özbaşınalıq edə bilməyəcək.

İqtisadiyyatın liberallaşdırılmasının sürətləndirilməsi hesabına azad sahibkarlığa və təşəbbüskarlığa hər cür şərait yaradılmalıdır ki, getdikcə daha çox insan özünü və ailəsini öz gücünə, öz imkan və qabiliyyətinə uyğun səviyyədə dolandıra bilsin, əhalinin, kiçik və orta sahibkarların gəlirləri korrupsiya və monopoliyanın “yeminə” çevrilməsin.

Dördüncüsü, ölkədə həyata keçirilən sosial paketlərin bəhrəsini monopoliyanın yox, əhalinin görməsini etibarlı şəkildə təmin etmək. Belə ki, bu ilin əvvəlindən iki böyük sosial islahat paketi həyata keçirilir. Hər iki paketin ümumi dəyəri 2019-cu il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə azı 3 milyard manatdır. Bu sosial paketlər 4,2 milyon insanı əhatə edəcək. Bunun nəticəsində dövriyyəyə daxil olan əlavə pul kütləsi, eləcə də istehlak kreditlərinin artmağa başlaması inflyasıya təzyiqini artıracaq və həmin təzyiqin bir hissəsi real qiymət artımı şəklində özünə göstərəcək. Amma bir sıra əks təsir göstərən amillərin sayəsində sözügedən bu iki amil ikirəqəmli inflyasiya yarada bulməz.

Ölkəmizdə ikirəqəmli inflyasiyanın əsas törədicisi monopoliyalardır. Məlum olduğu kimi, ikinci sosial paketin hələ gələn aydan,yəni sentyabrdan həyata keçilməyə başlanılması planlaşdırılsa da, bu məsələ gündəmə gələn vaxtdan etibarən artıq monopoliya əhalinin güzəranının pisləşməsinin qarşının alınmasına yönəldilən həmin 5,3 milyard manat pulun xeyli hissəsini ələ keçirmək üçün süni qiymət artımı və sair mexanizmlərini işə salıb. Bunun qarşısının qətiyyətlə alınması hökumətin vacib borcudur. Süni qiymət artımına qarşı təsirli və işlək mexanizm tətbiq edilməlidir ki, artan maaş, pensiya və digər ödənişlər onun ”yem“inə çevrilməsin. Beşincisi, kredit qoyuluşları artmağa başlasa da, yenidən real sektorun inkişafına yox, istehlak kreditlərinə üstünlük verilməyə başlayıb. 2015-2016-cı illərdə bunun yaratdığı fəsadlar hələ tam aradan qaldırılmayb. Kredit faiz dərəcələrinin aşağı salınması və bank sisteminin real sektorla əlaqəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılmasına ehtiyac var. Altıncısı, artıq gördüncü ildir ki,ölkədə sərmayə qoyuluşları sahəsində durğunluq və azalma davam edir və nəticədə onun həcmi 2014-cü ildəki ÜDM-in 30 faizindən indi ÜDM-in 16 faizi səviyyəsinə enib. Bu, hazırkı şəraitdə məqbul sayıla biləcək həddən 2 dəfə aşağıdır. Sərmayə qoyuluşlarının strukturu da innovasiyalı inkişaf prinsiplərinə uyğun gəlmir, onur 70 faizdən çoxu tikinti-quraşdırma işlərinə və yalnız 12 faizi maşın,avadanlıq və sair texnikanın tətbiqinə sərf olunur. İqtisadi artım templərini sürətləndirməkdən ötrü, həm sərmayə qoyuluşlarının yeni mərhələnin hədəflərinə uyğun şəkildə artırılması, həm də onun strukturunu əsaslı surətdə təkmilləşdirib, perspektivli istehsal sahələrinə, daha çox əlavə dəyər gətirən sahələrə yönəldilməsi, sərmayə qoyuluşlarının səmərəliliyinin artırılması və yetərincə yaxşı maaşlı iş yerlərinin açılması istiqamətində təsirli tədbirlərin görülməsi çox vacibdir.

– Sizcə, dünya bazarında neftin qiymətinin yenidən 2015-2016-cı illərin səviyyəsinə enməsi və Azərbaycanda həmin illərin ssenarisinin təkrarlanması ehtimalı nə qədərdir?


– Qlobal miqyasda siyasi gərginliyin artan xətlə getməsi yenidən bu sualı ön plana çıxarıb. Bununla belə, bayaq qeyd etdiyimiz kimi, bu il Azərbaycanda iqtisadi artım tempinin sürətlənməsi, xarici ticarət və daxili maliyyə balanslarının tarazlığı bütövlükdə ölkənin makroiqtisadi sabitliyini təmin edə bilir. Qlobal proseslərin təsiri ilə neftin qiymətinə münasibətdə ucuz neft mərhələsinin gəlişi qaçılmaz görünsə də, yaxın perspektivdə neftin qiymətinin kəskin surətdə aşağı enməsi və 2015-2016-cı illərdəki kimi 34-42 dollar həddinəcən aşağı enməsi üçün fundamental iqtisadi əsaslar olmadığından, belə bir ehtimal da çox azdır. Ona görə də hazırda Azərbaycanda 2015-2016-cı illərin ssenarisinin təkrarlanması ehtimalı yoxdur. Bununla belə, hazırkı qeyri-müəyyənlik şəraitində neftin qiymətinin enmə trayektoriyasını dəqiq müəyyən etmək də çox çətindir. Ona görə ki, hazırda neftin qiyməti iqtisadi amillərdən daha çox geopolitik, geoiqtisadi amillərdən və siyasi oyunlardan asılıdır. Əgər neftin qiymətinə real təsir gücünə malik olan ABŞ qiyməti aşağı salmaqla rus rublunu dəyərsizləşdirib Rusiya iqtsadiyyatına növbəti zərbə vurmaq mexanizmini daha ciddi-cəhdlə işə salsa, onda bu ssenarinin Azərbaycana da mənfi təsiri güclü ola bilər.

-Qiymət enişi daha da dərinləşərsə, Azərbaycan üçün hansı çətinliklər yarada bilər?


-Bayaq dediklərimiz göstərir ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi yalnız ehtimal kimi müzakirə oluna bilər. Neftin qiyməti 50 dollara qədər enərsə, elə bir problem hiss olunmaz. 2015-2016-cı illərdə gördük ki, problem neftin qiymətinin 40 dollar ətrafına düşəndən və bizim əsas ticarət partnyorlarımızın, xüsusən də Rusiyanın milli valyutası devalvasiyaya uğradıqdan sonra yaşanmağa başlanır. Neftin qiymətinin aşağı düşməsi təbii surətdə büdcəyə də təsir edir. Amma Azərbaycan büdcəsinin konstruksiyası elə qurulub ki, neftin qiymətinin aşağı düşməsi ilə büdcədə ciddi problem görünmür. Çünki büdcə gəlirlərinin yarıya yaxını Dövlət Neft Fondundan transfert hesabına formalaşır. Ona görə də neftin qiymətinin hansı həddəcən aşağı düşməsindən asılı olmayaq, hökumət Neft Fondundan transfert hesabına 2019-cu ildəki sosial öhdəliklərini yerinə yetirə bilər. Son illər digər iri mənbə qeyri-neft sektorundan daxilolmalardan ibarətdir. Neftin qiymətinin enməsi daha çox Dövlət Neft Şirkəti və Beynəlxalq Konsorsium xəttilə büdcəyə daxilolmaları azalda biər ki, son illər bunların da büdcədəki payı xeyli azalıb. Bu ilin əvvəlindən neftin qiymətinin proqnozlaşdırılan 60 dollardan yüksək olması hesabına Dövlət Neft Fonduna daxilolmalar da proqnozu üstələyib. Neftin qiymətinin kəskin enmsi Dövlət Neft Fonduna daxilolmaları azaldar, ÜDM-in artım tempini aşağı salar, tədiyyə balansına, xarici ticarət balansına, maliyyə-kredit, tikinti sektoruna və sair sahələrə də mənfi təsir göstərər…. Amma neftin qiymətinin kəskin enməsi və aşağı qiymətin xeyli davam etməsi bayaq dediyimiz kimi, daha çox manata təzyiq formasında özünü göstərər.

-Resurs qiymətlərinin növbəti eniş dövründə böhran yaşamamaq üçün həm makroiqtisadi səviyyədə, həm də digər səviyyələrdə nələr edilməlidir?


– Azərbaycan iqtisadiyyatı 2015-ci ilin iki şok devalvasiyasının törətdiyi fəsadlardan sonra yenidən inkişaf trayektoriyasına çıxır. Bu ilin altı ayında ÜDM 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artıb. Hazırda neftin qiyməti 2019-cu ilin büdcə proqnozunda öz əksini tapan 60 dolların altına düşüb, onun ətrafında “rəqs edir”. Belə şəraitdə 2019-cu ilin ikinci yarısında da Azərbaycan iqtisadiyyatında ilin birinci yarısının sadaladığımız istiqamətlərdə müsbət dinamıka davam edəcək. Son vaxtlar neftin qiymətində qalxıb-enmələr daha çox nəzərə çarpsa da, yaxın perspektivdə neftin qiymətində kəskin enmələrin olması ehtimalı azdır. Neftin qiymıti kəskin şəkildə aşağı düşsə və xeyli müddət aşağı səviyyədə qalsa, onda manata təzyiq güclənəcək və son vaxtlar haqqında çox danışılan “revalvasiya” ifadəsi əvəzinə “devalvasıya” sözü aktuallaşar. Düşünüruk ki, həm hökümət,həm də Mərkəzi Bank 2015-2016-cı illərin acılarından nəticə çıxarıb və neftin qiymətinin kəskin aşağı düşməsinin yaratdığı fəsadları 2015-ci ildəkindən daha səriştəli şəkildə minimuma endirə bilərlər.
O ki qaldı sualın “nə etməli” hissəsinə, neftin qiyməti kəskin şəkildə yenə də düşərsə, situasiyaya uyğun optimal variantda çevik siyasət yeridilməli, xüsusən də 2015-ci ildəki ekstremal şəraitdə öz şəxsi maraqları naminə manatı pis günə qoyanlara ikinci dəfə eyni imkanı verməmək lazımdır. Belə şaraitdə hökumət vəziyyəti incələyib ya valyuta ehtiyatlarının bir hissəsini xərcləməklə milli valyutanın kursunu süni şəkildə sabit saxlamaqda davam edir, ya da məqbul sayıla bilən və iqtisadi fəallığı artıra bilən dərəcədə devalvasiyaya gedir…

-Qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar neft ucuzlaşdığı təqdirdə Azərbaycan iqtisadiyyatını dərin böhrandan qorumaq üçün yetərli hesab etmək olarmı?


– Böhrandan sonra Azərbaycan iqtisadiyyatı yenidən iqtisadi artımın yeni tsiklinə daxil olub. Son illər qeyr-neft sektorunda da xeyli canlanma var. Bu ilin 6 ayının nəticlərinə görə, qeyr-neft sektorunun artım tempi ÜDM-in artım tempini üstələyir. Qeyri-neft sənayesində isə 16 faizə yaxın artım olub. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz, bitkiçilik məhsulları 25 faiz artıb. Qeyri-neft ixracı 15 faiz artıb. Rəsmi məlumatlara görə, son illər ərsəyə gətrilən sənaye pakları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib. Həmçinin kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. İndiyədək 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq 22 aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlamasını gözlənilir. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq. Eyni zamanda, bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaq.Həmçinin investisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müəyyən dərəcədə müsbət təsir göstərir. Bununla belə, hələ qeyri- neft sektoru bu sahənin mövcud potensialı ilə müqayisədə həm daxili bazarın yerli məhsullarla təmin edilməsi, həm də bu sahənin ixracının nəzərəçarpan dərəcədə artması baxımından məqbul hesab oluna biləcək inkişaf səviyysinə çatmayıb. İqtisadiyyatımızın neftdən asılılığı qeyri- neft sektorundan asılılığından daha güclü olduğundan, hələlik qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar neft kəskin ucuzlaşdığı təqdirdə Azərbaycan iqtisadiyyatını böhrandan qorumaq üçün yetərli miqyasda və inkişaf səviyyəsində deyil. Bunun üçün qeyri- neft sektoru, bir tərəfdən daxili tələbatın mümkün qədər daha çox hissəsini təmin etməlidir ki, özümüzdə istehsalı mümkün olan şeylərin çoxunu xaricdən gətirməkdə davam etməyək və idxalımız belə lüzumsuz komponentlərdən azad olaraq azalsın, innovasiyalı inkiafa təkan verən istiqamətə yön alsın. Digər tərəfdən isə qeyri- neft sektorunun eksport imkanları 1,7 milyarda dollar -yəni ümumi eksportumuzun 8 faizi, importumuzun isə 15 faizi səviyyəsində yox,ondan azı 3 dəfə yüksək olmalıdır ki, həmin mənbə hesabına ölkəyə heç olmasa 5-6 milyard dollar valyuta daxil olsun. Bu, manatın sabitliyinin qorunması uçün dünya bazarının konyukturundan neft qədər asılı olmayan çox etibarlı mənbə ola bilər. İqtisadiyyatımızın neftdən asılılığını zəiflətməkdən və qeyri-neft sektorunun inkişafına geniş vüsət verməkdən ötrü kənd təsərrüfatı ilə yanaşı, qeyri-neft sektorunun digər sahələrinin inkişafına da nail olmaq lazımdır. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollar sərmayə qoyulub, 100 mindən çox müəssisə yaradılıb. Şərti olaraq bərabər bölgü prinsipi ilə yanaşsaq, bu, hər rayonda 1500-dən artıq müəssisənin yaradılması deməkdir. Həmin 100 mindən çox müəssisənin 99 faizini bir kənara qoyaq, cəmi 1 faizini, yəni 1000-ni eksportyönlü qura bilsəydik və çox demirik, hərəsi ildə cəmi 5 milyon dollarlıq məhsul ixrac etsəydi, indi qeyri-neft sektorunun ixracı 1,7 milyard dollar yox, 6,7 milyard dollar olardı. Bu da bir mənbədən valyuta daxilolması probleminin fəsadlarını köklü surətdə aradan qaldırmaqla yanaşı, həm də manatı həmişəlik dünya bazarında neftin qiymət konyukturunun asılılığından xilas edərdi. Ona görə də idxalı əvəz edən və eksportyönlü normal fəaliyyət göstərə bilən müəssisələrin yaradılması işlərinin sürətləndirilməsini, əlavə stimullaşdırıcı tədbirlərin görülməsini və bu sahədəki xüsusən də regionlarda maneələrin aradan qaldırılmasını zəruri hesab edirik. Bu həm də rayonlarda iqtisadi fəallığı, eləcə də yüksək maaşlı iş yerlərinin sayını əhəmiyyətli dərəcədə artıracaq.

– Hazırda növbəti ilin büdcə layihəsi üzərində işlənilir. Büdcənin neftin hansı qiyməti ilə proqnozlaşdırılmasını daha münasib hesab edirsiniz?

– Qlobal risklər gücləndikcə hadisə və proseslər elə sürətlə dəyişir ki, bir aydan sonra dünya maliyyə, eləcə də neft bazarında vəziyyətin necə olacağını və buna əsasən hansı yeni qərarların qəbul edilməsinin zəruri olacağını indidən söyləmək çətindir. Bununla belə, qlobal kontekstdə vəziyyət nə qədər kritik olsa da, hazırda dünya neft bazarında 2015-2016-cı illərin vəziyyətinin təkrarlanaraq neftin qiymətinin 33-40 dollara düşməsi üçün yetərincə iqtisadi əsas yoxdur. Neftin qiymətinin indiki enişi daha çox siyasi oyunların, ticarət müharibələrinin və birja oyunlarının, qismən də manevrlərinin, psixoloji və panik məqamların nəticəsidir. Neftin qiyməti qeyri-müəyyənlik trayektoriyasında olanda artıq hökumətin büdcə proqnozlarınada adekvat addmlar atmaq təcrübəsi var. Məsələn, neftin qiyməti qeyri-müəyyənlik trayektoriyasında olanda hökumət 2018-ci ilin büdcəsində neftin qiymətini bir barel üçün 45 dollar götürmüşdü və sonradan büdcəyə yenidən baxanda dünya neft bazarındakı situasiyanı nəzərə alaraq korrektə edib, proqnozu 55 dollara qaldırdı. Yaxın aylarda neftin qiyməti qeyri-müəyyənlik trayektoriyasından çıxmazsa, onda hökumət yenə də 2018-ci ilin büdcə proqnozlaşdırması təcrübəsindən istifadə edə, 2020-ci ilin büdcəsində neftin qiymətini, məsələn, aşağ-yuxarı 50 dollar ərafında bir rəqəm səviyyəsində götürə, büdcəyə yenidən baxmaq lüzumu yaranarsa, sonradan həmin proqnozu dəyişə bilər.musavat.com


Manevr.az









Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar