Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cavid Fərzəli: "Ədəbi gənclik içindəki nifrətə əmindir"

Tarix: 10-08-2019 11:34     Baxış: 2330 A- / A+
Cavid Fərzəli: "Ədəbi gənclik içindəki nifrətə əmindir"
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı ilə bağlı bir neçə gənc aydının sədrlik postuna namizədlik bəyanatları ilə tanış oldum. Hələlik gənc həmkarlarımın bu addımını layiqli adlandırıb və ya adlandırmamaq tələskənliyində deyiləm. Böyük müzakirələr istiyir. Bu addımla bağlı daha məntiqli hüquqi müstəvidə qərar verilməsini gözləmək məcburiyyətindəyəm. Bu öz yerində.

Məni düşündürənsə tamam başqa bir mövzudur...Tutaq ki, məlum məsələ dəyişikliyə bir siqnaldır. Axı, ilk öncə dəyişikliklər küçələrin dilin öyrənir.

Ədəbi gənclik nəyə görə döyüşmədən özünü məğlub sayır? Bu köləlikdirmi, yoxsa özünə xəyanətdirmi. Yəni məlum məsələ ilə bağlı ədəbi rütbəsi olan gəncliyin əksəriyyəti nəyə görə susur.

Bəs ədəbi gəncliyin özünə inamsızlığının kökündə nə dayanır? Bu yolsuzluğu daşıyan səbəb nədir?

Bu aydın məsələdir ki, istənilən düşüncə sistemi cəmiyyətin qanunlarına tabedir. Amma bu ideyaların əlini buraxmağa kifayət eləmir... Unutmayaq ki, Özümüzdən deyil, ancaq ideyalarımızdan yaradıcı şəxs doğulur !

Dünya təcrübəsi də bunu göstərir ki, manarxiya düşüncə sistemi yerini həmişə köləliyə razı olan kütlə ilə qoruyub...

Çox qəribədir bu günkü ədəbi gənclik öz içindəki nifrətə əmindir. Amma sevgisində bir əminsizlik var !

Bu gün ədəbi gəncliyin fəaliyyəti faişənin həyat tərzinə bənzəyir. Yaradıcı adam nəyinsə qarşılığında xidmət etməməlidir.

Çox utanc hissiylə qeyd etməliyəm ki, Azərbaycan ədəbi mühitində mübarizələrin əksəriyyəti ədəbi yaradıcılıq, ədəbi fəaliyyət üstündə deyil, məddahlıq, acgözlük üstündə qurulub !
Belə olmaz, dostlar!
Ədəbi gənclik 37-nin yaddaşını özünə qaytarmalıdır.

Təklikdə nə etiraz, nə dostluq nə də ayrılıq olar...

İnqilab küçələrin qələbəyə inandığı halda olur..

Etiraz onda gözəl olur ki, onu meydan tanıyır, ictimai rəy tanıyır.

Adam qorxusundan sevgisin gizləməz, dostum.

Axı, bütün uğursuzluqlar sevgisizlikdən yaranır !

Əgər hər hansısa bir mükafat sənin dilini qısa edirsə, onda onu sənə veriblər qazanmamısan!

Qələmi şəxsiyyət edən imtinalardır, imtiyazlar deyil !.Amma bu özünü tamamı ilə günahkar çıxartmaq anlamından uzaq bir bacarıqsızlıq deyildir.

Ən gözəl mübarizə sahib olduğuna yiyələnməkdir.

İçinə yiyə durmaq azadlığını tanımaqdır.

Vahid səsimiz olsun, dostlar ! Özümüz öz taleyimizə biganə qalmayaq !

Cavid Fərzəli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar