Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“38 yaşım var, amma ailəm mənə “evdə qalmısan” demir”

Tarix: 05-08-2019 19:18     Baxış: 3318 A- / A+
“38 yaşım var, amma ailəm mənə “evdə qalmısan” demir”

“18 yaşım olanda bizim ailədə “ərə getmək” mövzusu müzakirə olunmurdu. O yaşıma qədər evimizdə bunun söhbətini belə eşitməmişdim. Bizim ailədə prioritet mövzu təhsil idi”.

Bu sözləri tanınmış teleaparıcı Günay Yelmarqızı sosial şəbəkədə yazıb. Bir müddət öncə ailəsinin seçdiyi şəxslə nişanlanacağı üçün intihar etdiyi iddia olunan Gülərin ölümündən kədərlənən aparıcı gənc qızların təhsil almasınn vacibliyini vurğulayıb:

“Müharibədə hər şeyimizi itirmişdik, öz ölkəmizdə məcburi köçkünə çevrilmişdik, yataqxanada yaşayırdıq. Amma bunlar heç biri bizim yaxşı oxumağımıza mane ola bilməzdi. Beynimiz sevgi, ər, məişət mövzular ilə yüklənmirdi. Mən jurnalist olmağı arzulayırdım. Aparıcı olub efirə çıxacaqdım. Cəmiyyətdə qadın olaraq öz yerimi tutacaqdım.

Məqsədim məni birinci kursda oxuyarkən, 18 yaşımdan işləməyə sövq etmişdi. Sonra ikinci ali təhsil almaq məqsədimi də reallaşdırdım. Artıq 28 yaşına çatmışdım. Amma yenə də bizim ailədə “ərə get, hamı ailə qurdu, uşaq dünyaya gətirdi, sən qaldın” basqısı yox idi. “Seçim sənindir qızım. Məcburiyyət yoxdur”- tövsiyəsi vardı.

Bu gün artıq 38 yaşım var. İndi də üzərimdə “Evdə qalmısan, çox gecdir, bizi tanıyanlar nə deyər? Heç olmasa ailə qur, bir uşağın olsun”- psixoloji basqısı yoxdur.

Valideynlərimin mənimlə bağlı narahatlıqları var təbii. Ailə qurmağımı, övlad sahibi olmağımı arzulayırlar. Bu, bir valideyn kimi onların haqqıdır bəlkə də. Bu arzularını reallaşdırmadığım üçün bəzən özümü günahkar sayıram onların qarşısında. Amma həm də onlara minnətdaram ki, həyatımı öz qərarlarımla yaşamaq haqqı veriblər. Qızların 18 yaşında ərə getməsi hələ xoşbəxtlik demək deyil. Onlara seçim haqqı verin. İntihar həddinə çatdıracaq ağır yüklə bədbəxt etməyin! Unutmayın - qızınız sizin arzularınızı reallaşdırmaq üçün yox, öz xəyallarının arxasınca getmək üçün yaşamlıdır! Bir gənc qız öləndə min arzu ölür!”qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar