Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

AMEA təsdiqlədi: 300-500 min il əvvəl Naxçıvanda...

Tarix: 29-07-2019 22:51     Baxış: 3107 A- / A+
AMEA təsdiqlədi: 300-500 min il əvvəl Naxçıvanda...

Son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazilərdə 300-500 min il bundan əvvəl ən qədim insanların məskən saldıqları təsdiqlənib.

Manevr.az xəbər verir ki, bu sözləri AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

Onun sözlərinə görə, bu yaşayış məskənləri əsasən Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, eyni zamanda yaşı minilliklərlə ölçülən mağaralarda olub. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən aşkar olunan əmək alətləri, maddi nümunələr ərazinin nəinki Azərbaycanın, hətta dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir.

Qeyd edilib ki, bu il iyulun 1-dən qədim yaşayış məskənində arxeoloji qazıntılar aparılmağa başlanılıb. Burada tədqiqatların aparılması Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin aşkara çıxarılması və Naxçıvan tarixinin öyrənilməsi baxımından böyük rol oynayır. Tədqiqatlar zamanı torpaq laylarının altından yaşayış evlərinin qalıqları, obsidian parçaları, ocaq yerləri, boyalı basma naxışlı keramika nümunələri və müxtəlif əmək alətləri aşkar olunub.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar