Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtlı yazar mükafatlandırıldı -ŞƏKİLLƏR

Tarix: 28-07-2019 16:28     Baxış: 2215 A- / A+
Sumqayıtlı yazar mükafatlandırıldı

"Dəlidağ", "Dan yeri" Ədəbi Birliklərinin və "Çeşmə" Ədəbi Məclisinin növbəti müştərək tədbiri keçirildi.

Ədəbi birliklərin istər Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar, istərsə də "Gənc yazarlara dəstək" layihəsi çərçivəsində və eləcə də tarixi hadisələri əks etdirən günlərlə bağlı keçiirdiyi tədbirlər artıq ənənə halını alıb. Aylardan bəri davam edən silsilə tədbirlər mahiyyət etibarı ilə sözə, ədəbiyyata xidmət xarakteri daşıyır. Müxtəlif müəlliflərin yaradıcılığına nəzər, şeirlərin müzakirəsi, gənc yazarlara tövsiyə, təqdimatlar və sözün, poeziyanın dəyərdən düşməməsinə, yaşamasına, inkişafına yönəlmiş tədbirlər ədəbi birliklərin ideya xəttinə uyğun olaraq davam edir.
Manevr.az xəbər verir ki, növbəti tədbir əsasən mükafatlandırma ilə bağlı olub.
Belə ki, "Dəlidağ", "Dan yeri" Ədəbi Birliklərinin və "Çeşmə" Ədəbi Məclisinin təşəbbüsü ilə AYB və AJB-nin üzvü, şair, jurnalist Nisə Heydərliyə Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının təsis etdiyi "Müqəddəs Qələm" diplomu təqdim olunub.
Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Ədəbiyyat və jurnalistika sahəsində çoxillik, səmərəli fəaliyyətinə, eyni zamanda yeni işıq üzü görmüş "Bir taxt qurmuşam ölümə" adlı şeirlər kitabına verilən qiymət Nisə xanımın həmkarları tərəfindən sevinclə qarşılanıb.
"Möhtəşəm Azərbaycan" qəzetinin redaksiyasında baş tutan tədbiri griş sözü ilə AJB-nin Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday açaraq, qonaqları salamladı, tədbirin mahiyyəti haqqında məlumat verdi.
Sumqayıtlı yazar mükafatlandırıldı

Çıxışına davam edən R.Oday N.Heydərlinin yaradıcılığı və fəaliyyəti barədə geniş danışdı. O qeyd etdi ki, N.Heydərli uzun illərdi jurnalist kimi fəaliyyət göstərir. Bununla yanaşı o həm istedadlı şairdi, həm də gözəl publisistik yazılar müəllifidir. Bir neçə müxtəlif səpkili kitabıyla oxucularını sevindirən Nisə xanım prinsipiallığı və mətinliyi ilə çalışdığı "Möhtəşəm Azərbaycan" qəzeti kollektivinin, qələm dostlarının da sevimlisinə çevrilib. Şair və jurnalistlərdən, Firdovsi Cəfərxan, Namiq Dəlidağlı, Süleyman Sərraf, Nizami Kolanlı, Rahilə Veysəlli, Lilpar Cəmşidqızı, Sevinc Qərib, Zümrüd Baloğlanova, Aygün Hacıyeva, Mərcan Sabirqızı, Natiq İsmayıloğlu Nisə xanıma təbrik ünvanlayaraq, ona daha böyük uğur və nailiyyətlər arzuladılar.
Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Sonda N.Heydərli göstərilən etimada və təbriklərə görə hərkəsə təşəkkürünü bildirdi. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.
Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Rəsmi hissə başa çatdıqdan sonra tədbir iştirakçıları eyni tərkiblə gəzinti və iməcilik məqsədilə simvolik olaraq "Jurnalistlər bağı" adlandırdıqları məkana yollandılar. Məkan səliqə-sahmana salındı, xırda təmir işləri görüldü. Ardından müxtəlif meyvə ağacları ilə əhatələnmiş bağa baxış keçirildi. Yadda qalan günü əbədiləşdirmək üçün şəkillər çəkildi.

Sevinc Qərib
Manevr.az
Sumqayıtlı yazar mükafatlandırıldı

Sumqayıtlı yazar mükafatlandırıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar