Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

AzTV sədrinin vəzifə verdiyi qohumlarının SİYAHISI

Tarix: 22-07-2019 18:50     Baxış: 3181 A- / A+
AzTV sədrinin vəzifə verdiyi qohumlarının SİYAHISI

«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətində (QSC) ciddi narazılqılar yaranıb. Narazılıqların kökündə isə adıçəkilən QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov dayanır.

Manevr.az xəbər verir ki, Reyting.az-ın yazdığına görə, R. Məmmədov bu posta təyin edilərkən AzTV-nin fəaliyyətində köklü dəyişikliklərin olacağına, pozitiv yeniliklərin (xüsusilə idarəetmə baxımından!) baş verəcəyinə dair böyük ümidlər, gözləntilər vardı. Ancaq bu qurumda baş verənlər tamamilə əks proseslərin getdiyini, nəticədə R. Məmmədova qarşı etiraz səslərinin ucaldığını göstərir.

AzTV sədrinin vəzifələrini icra edən R. Məmmədovdan narazılılqar bir neçə yöndə yaranıb. Bunlardan biri onun peşəkar kadrları dövlət teleradiosundan uzaqlaşdırmasıdır. Ölkə KİV-ləri yazır ki, idarəçilik səriştəsinin olmadığı deyilən R. Məmmədov təkcə son 6 ayda 300-ə qədər əməkdaşını işdən azad edib. Ən qəribəsi isə odur ki, o, bu işdən azadetmələrlə bağlı həmin əməkdaşlara heç bir dolğun, ağlabatan izahat verməyib. Uzaqbaşı işdən çıxarılmaları "yuxarıların göstərişi” ilə əsaslandırmağa çalışan Məmmədov bununla bir tərəfdən özünü məsuliyyətdən kənar qoyur, digər tərəfdən isə insanlarda hökumətdən narazılıq ovqatı formalaşdırır.

Əvəzində isə adıçəkilən QSC-nin müvəqqəti rəhbəri sədr səlahiyyətlərini icra etməyə başladığı ilk günlərdən etibarən özünə yaxın şəxsləri, qohumlarını dövlət teleradiosunda yüksək vəzifələrə gətirməkdədir. Bunun nümunələrindən biri həyat yoldaşının əmisi Xəlil Məmmədovu texniki direktorun birinci müavini vəzifəsinə təyin etməsidir. Üstəlik, həmin postda işləmiş Knyaz Mehdiyevi heç bir ciddi, əsaslandırılmış səbəb gətirmədən işdən azad edib.

Bundan sonra hüquqlarını məhkəmə yolu ilə bərpa etməyə çalışan K. Mehdiyev artıq öz xeyrinə iki instansiyada – Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində qərar çıxarılmasına nail olub, ancaq R. Məmmədov həmin qərarlara, bununla da ölkədəki məhkəmə-hüquq islahatlarının ruhuna hörmətsizlik nümayiş etdirir, işə bərpa ilə bağlı bu qərarları icra etməməklə qohumunu həmin vəzifədə saxlayır!

Bu cür qeyri-peşəkar idarəçilik nümunəsindən sonra dövlət teleradiosunda narazılqıların baş qaldırması təbiidir.

Üstəlik: şikayətçilər iddia edirlər ki, müvəqqəti AzTV rəhbərinin quruma gətirdiyi kadrların teleradio sahəsi ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Buna misal kimi isə, Kadrlar departamentinin rəisi İlhamə Hüseynovanın, ümumi şöbənin müdiri Xatirə Hüseynovanın, Teleradio Akademiyasının prorektoru Ülfət Rəhimin və bir çox başqalarının adları göstərilir.

AzTV-nin redaksiya rəhbərlərindən biri Sərvər Bayramov isə R. Məmmədovun "sağ əli" sayılır. Mədəniyyət və İncəsənət Universitetini (AMİU) bitirən Bayarmov gözlənilməz şəkildə İctimai-siyasi redaksiyanin baş redaktoru təyin edilib, ancaq faktiki olaraq, özünün sədr müavini kimi aparır: reklam gəlirlərindən tutmuş, studiyaların yığılmasına, texniki təchizat və maliyyə işlərindən tutmuş teleradionun avtoparkının çayxana və yeməkxanasının fəaliyyətinə qeyri-rəsmi nəzarət də onun əlindədir. Elə bu səbəbdən də onu qurumun müvəqqəti sədrinin "sağ əli" adlandırırlar.

Yaxın ətrafına özünü adıçəkilən QSC-nin sədr postuna daha layiqli namizəd hesab etdiyini gizlətməyən redaksiya rəhbəri R. Məmmədova hədsiz yaxınlığı sayəsində dostlarını, qohumlarını dövlət teleradiosunda müxtəlif vəzifələrə gətirməkdədir: Məsələn, Emin adlı dostunu reklam şöbəsinin müdiri, qayınatası Natiq Kərimovu Maliyyə və iqtisadiyyat departamentinin rəisi, AzTV-nin avtoparkına isə yaxın qohumu olan keçmiş polis serjantı Qəhrəman Əliyevi təyin elətdirib. Sonuncu isə öz növbəsində illərlə dövlət teleradiosunda külüng vuranları əsassız şəkildə işdən çıxarır, onların yerinə də öz yaxın adamlarını gətizdirir.

Hətta AzTV-nin yeməkxanasını belə yaxın adamına tapşıran, bundan sonra isə yeməkxanada qiymətlərin qaldırılmasını həyata keçirən S. Bayramovun həyat yoldaşını televiziya və radioda aparıcı təyin etdirib, özü də yüksək əmək haqqı müqabilində!

Hazırda AzTV-dəki narazılqılarn bir önəmli səbəbi də bəzi rəhbər şəxslərin öz yaxın adamları ilə ştatdankənar müqavilələr bağlaması və onlara yüksək məbləğdə qonorarlar yazdırılmasıdır.

R. Məmmədov AzTV sədrinin səlahiyyətlərini icra etməyə başlayandan bəri dövlət teleradisonun çoxillik staja malik əməkdaşlarının narazılığına səbəb olan daha iki şəxs var. Bunlardan biri Nazilə Bayevadır, hansı ki, son 6 ayda 30-a yaxın verilişin bağlanmasına səbəb olub. Məmmədova yaxınlığı ilə bilinən N. Babayevanın özü isə saysız-hesabsız verilişin hazırlanmasına rəhbərlik edir, əvəzində isə yüksək məbləğlərdə qonorar alır.

Kadrlar departamentində çalışan Zemfira Əliyeva da R. Məmmədovun sədr səlahiyyətlərini icra etməyə başladıqdan sonra AzTV-də narazı əhval-ruhiyyənin yaranması üçün əlindən gələni edib. Qızı Aynurə Əliyevaya rejissor asistenti olmasına baxmayaraq, hər ay digərlərindən xeyli yüksək məbləğdə qonorar yazdırmağa nail olan Z. Əliyeva yaxın qohumu Elmar Əliyevin önəmli postlardan birinə gətizdirilməsini bacarıb.

Dövlət teleradiosunda qeyri-peşəkar idarəçiliyin sübutu sayıla biləcək belə faktlar kifayət qədərdir; ancaq dənizin dadını bilmək üçün onun suyunu bütün içməyə ehtiyac olmadığı kimi, R. Məmmədovun da AzTV-yə rəhbərliyinin bu qurumda hansı xoşagəlməz mənzərə yaratdığını görmək üçün də yuxarıda sadalananlar yetərlidir. Görünən odur ki, R. Məmmədov indiki vəzifəyə gətirilərkən ona bəslənən ümidləri doğrultmayıb, AzTV kimi strateji qurumlardan birində peşəkarlıq əvəzinə həvəskarlıq nümayiş etdirir, bununla da adıçəkilən QSC-də ciddi narazılıq ab-havası yaradır, hansı ki, bu, dövlət teleradiosunun işini zəiflədir.

Bu gedişlə, narazılıqlar dərinləşmədən və AzTV-nin fəaliyyəti, peşəkar mühiti tam iflic olmadan R. Məmmədovun idarəçilik sahəsində səriştəli şəxslə əvəzlənməsi qaçılmaz görünür.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar