Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
BÜTÜN XƏBƏRLƏR

Emil Rasimoğlu- Tural Turanın haqqı verilməlidir...

Tarix: 22-07-2019 17:25     Baxış: 2457 A- / A+
Emil Rasimoğlu- Tural Turanın haqqı verilməlidir...
Həə, əziz oxucum!

Hər birimizə bəllidir ki, bu gün (22 iyul) Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günüdür. Yeri gəlmişkən peşəsinə vicdanla xidmət edən bütün mətbuat işçilərini bu münasibətlə təbrik edib birbaşa keçirəm mətləbə. Mətləbdə dayanan mövzunun nə olduğunu bilmək üçün aylar öncə Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova yazdığım açıq məktubu bir daha oxuyum, dinlə.


"Salam, hörmətli Əflatun müəllim!

Bu məktubu mənə yazdıran ilk öncə içimin vicdan hissi, sonra isə mediada AYB-nin üzvü, şair-publisist, jurnalist Tural Turanın intihar dolu haqlı çıxışı vadar etdi. Qaldı ki, məktubu məhz niyə sizə ünvanlamağıma, ona görə sizə ünvanlayıram ki, adını çəkdiyim şəxs- Tural Turan sizin rəhbərlik etdiyiniz mətbuata ləyaqətlə, vicdanla xidmət edən, bu istiqamətdə yaşına rəğmən kifayət qədər əməyi olan, amma hələ də haqqını almayan şəxslərdəndir.

Bu gün müasir Azərbaycan jurnalistikasında nəsldaşları sırasında öz istedadı, operativliyi, qələminin özünəməxsusluğu, mütaliə bazası, peşəsini şərəflə daşıması ilə seçilən, eyni zamanda demək olar ki, bir qərinəyə yaxın ömür civarında jurnalistikada danılmaz bir böyük yol qət etmiş (Bəli, böyük yol. Çünki 29 illik ömrün 10 ilini jurnalistikada keçirmək böyük yol qət etməkdi) bir gənc jurnalist hələ də əməyi sayəsində ona veriləcək dəyərlərdən məhrumdu, hələ də ömrünü sabaha ümidlər içində yaşamağa məcbur edir. Amma peşəsinə qarşı dönük çıxmır. Bilirsizmi niyə? Çünki o şəxsiyyətdi, o xalqın dəyəridi, sərvətidi, ziyasıdı!

Axı niyə Tural Turan kimi böyük potensialı olan bir jurnalist, bir gənc aydın bu gün intihardan danışmalıdı? Axı onu danışmağa niyə vadar etməliyik? Qoruya bilmərikmi? Axı ölkə rəhbərinin sərəncamı ilə bir neçə ildən bir mətbuat işçilərinə müxtəlif təltiflərlə bərabər mənzillər də verilir. Tural Turan o mənzillərdən birinə layiq deyilmi? Əlbəttə layiqdi! Buna onun haqqı çatır. Əgər siz də onun fəaliyyətinə xüsusi olaraq nəzər yetirsəniz layiq olduğunu, haqqı çatdığını təsdiqləyəcəksiniz.

Tural Turan bu günə kimi ölkənin bir sıra nüfuzlu informasiya orqanlarında - İctimai Tv, Region Tv, "ARB 24" Televizya kanallarında eləcə də APA, Axar.az, "Həftə içi"- Hafta.az-da fəaliyyət göstərib.

Fikirlərimi sabaha ümidlərimlə tamamlayıram. Ümid edirəm və inanıram ki, Tural Turana mənzil verilməsi ilə bağlı sizin xüsusi müsbət rəyiniz olacaq və ölkə rəhbərinin sərəncamı ilə jurnalistlərə veriləcək növbəti mənzillərdən birinə də Tural Turan layiq görüləcək!"

Həə, əziz oxucum!
Yəqin ki, mövzudan hali oldun. Mövzu məlum məktubda haqqında söz açdığım Prezident təqaüdçüsü, AYB-nin üzvü şair-publisist, jurnalist Tural Turan və onun əmək fəaliyyətinin dəyərsiz qalmasıdır. Bəli, dəyərsiz qalması!

Bildiyimiz kimi jurnalistlər üçün 3-cü binanın istifadəyə verilməsi gələn ilə nəzərdə tutulub. Olsun! Çox gözəl haldır (əgər gözəl təsir bağışlayarsa)
Ancaq mən sözügedən mövzudan yola çıxaraq bu dəfə üzümü nəinki Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova, eləcə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə, Tural Turanın çalışdığı "Həftə içi" qəzetinin Baş redaktoru Sevinc Seydovaya tutub demək istəyirəm, demək istəyirəm ki, əməyə qiymət peşəyə sayğıdır, dəyərdi, əfəndilər!
Tural Turan gənc olmasına baxmayaraq fədakardı. Bəli, peşəsi və xalqı qarşısında alnıaçıq, üzüağ fədakar! Onun fəaliyyəti ilə bağlı vurğuladığım bu və ya digər müsbət faktları çalışdığı informasiya orqanlarının rəhbərləri (xüsusilə də "Həftə içi" qəzetinin Baş redaktoru Sevinc Seyidova) bir daha təstiqləyə bilərlər (əgər unutmayıblarsa, unutmaq istəmirlərsə və ya görməzdən gəlmirlərsə).

Bu mənada hesab edirəm ki, gələn il jurnalistlər üçün istifadəyə veriləcək binada mənzillərdən biri Tural Turanın haqqıdır. Tural Turanın haqqını kəsməyin, əfəndilər! Onun haqqı verilməlidir, danılmazdır!
Haqqı kəsmək isə vicdanı öldürüb, Allahın qanın tökməkdir!

Emil Rasimoğlu,
AYB-nin üzvü,
Prezident təqaüdçüsü



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar