Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Aygün Cəfərova “HARDASA O UZAQLARDA”nın cazibəsində

Tarix: 21-07-2019 10:17     Baxış: 2469 A- / A+
Aygün Cəfərova “HARDASA O UZAQLARDA”nın cazibəsində
Qələm əhli bilir ki, qələmin nazı çoxdur. Yel qanadlı duyğuların, düşüncələrin cilovunu yığıb ram etmək istəyə, planlaşmaya baxmır çox vaxt. Amma bir də ulduz işığı salan cazibəli hədəfi olur ruhun. Gec- tez o hədəfə doğru addım-addım gedərik. Sonda ürəyinin ehtiyacduyduğu o cazibənin mənbəyinə yetişərsən- istəyinə əminsənsə.

Nə zamandır bir ulduz parıltısı ilə özünə cəzb edirdi bu poeziya məni. Və nəhayət, mən bu əsrarəngiz dünyaya səyahətimin ilk dayanacağındayam. Bu sirli dünyanın ilk dayanacağı belə adlanır: “Hardasa o uzaqlarda”. O ulduz parıltılı poeziyanın- dünyanın sahibi isə Sevinc Qəribdir. Bu şeirlərin mənim baxış bucağımdan ulduz asossasiyası yaratması da təsadüfi deyil.
Hər bir yaradıcı insanın yaratdığı şeir, musiqi, rəsm, heykəltəraşlıq və s. nümunələrdə özünəməxsus bir cizgi, nüans, ştrix olduğu sirr deyil. Bu ştrixlərlə əsər müəllifini imzasız da tanımaq olur əksər hallarda. Sevinc Qəribin zövq ala- ala oxuduğum şeirlərində də dominant bir bədii detal var ki, bu poeziyanı süjet xətli bir əsərə bənzətsək baş qəhrəman kimi onun adını çəkə bilərik: GECƏ.

Bu gecə gözümə şeir tökülüb... ( “Şeirli yuxum”)
Günəşi düyün vururam gecənin hörüklərinə...(Gecənin hörükləri)
Gecələr sükutun qulaqbatırıcı səsi
Səssizliyin vahiməli kabusu...
( Gecələr)
Gecənin zil səsli sükutu...(Yenə)

“Gecə”dən doğulan şeirlər gah yuxuya çevrilir, gah həqiqətə, gah yağışa dönür, gah da göz yaşını xatırladır. Gecələrin “ tənhalıq senaristi” sakit buraxmır şair ruhunu. Sanki axşam düşüncə mübahisə başlayır: tənhalıqla, qəribliklə, həsrətlə, haqsızlıqla, lap elə qaranlığın özü ilə:

Ölümdən dönmüş
kimiyəm bu sabah,
bu sabah gecə savaşından
qalib çıxdım.
( Bu sabah)

qarışıq nəfəslərin gecə sükutuna həmləsi...
içimdəki səsin hayqırtısı ilə boğum bəlkə ,
qışqıran səssizliyi...
( Yenə)

Baş qəhrəmanı Gecə olan bu poeziyanın digər obrazları da maraqlıdır:Yuxu, Şeir, Həsrət, Göz Yaşı, Kədər və Vətən.
YUXU :

Kirpiklərim xumar- xumar öpüşür,
aldanıb bir yuxu ehtimalına.
guya qovuşacaq yuxuyla gözlər,
guya yuxularda azasıyam mən...
(“Şeirli yuxum”)

Dahi sənət adamlarının “memarı” Kədər olur. Şadlıqdan, zənginlikdən, toy- bayramdan qalıcı və həmişəyaşar əsərlər mində bir yaranar ya yox. Nakamlıq, həsrət, kədər, ayrılıq, üzüntü yaratdı əbədi populyarlığı olan əsərləri. İlhamla Kədərin “əlbirliyi” təsirli əsərlər meydana çıxarır.
Sevinc Qəribin şeirlərində də bu mənada kədərin gətirdiyi bir dərinlik var. Sevinc bu poeziyada qərib görünür. “Bir ovuc sevincdi, bir əlçim gülüş, Dəymə, ümidlərim qan ağlamasın”- deyən Lirik “mən”in sevinci çox az şeirlərdə ötəri olaraq rastımıza çıxdı:

“Bir az gözlərimə sevinc gətirdi
Çəhrayı şaftalı çiçəkləri”...


Səhəri səninlə açmaq
nə gözəl...nə gözəl nəfəsini
ciyərlərimə çəkmək...
( “Şəms üçün”)

Bu da, əlbəttə, təbiidir. Anlaşılandır. Vətən dağının acısını yaşayan bir insan necə ürəkdən sevinə bilər ki?!

O yanda bir yurd dağılıb,
Xaraba qalıb evləri,
Meşəsini don vurub,
Torpağına qan yağıb,
Diriləri dərbədər,
Ölüləri kəfənsiz
Bir şəhər əsir qalıb.
(“ XOCALI”)

Sevinc Qərib kədərinin kökü o əsir qalan torpaqdadır, sevincini orada qoyub gələnlərdəndir Sevinc.

Boşuna aşmışam o gədikləri,
Dağın o tayı da boş ümid imiş.
Elə nağıl imiş söylədikləri,
Vətəndən savayı cənnət yox imiş.
( “Yox imiş”)

Müasir Azərbaycan poeziyasında iddialı, sanballı qələm sahibi olan şairələr içində Sevinc Qəribin hələ daha neçə- neçə dəyərli kitablara imza atacağına inanıram və uğurlu şeirlərin davamını gözləyirəm. Ruhiyyəsində cazibəli parıltı hiss etdiyim bu ulduz- poeziya ədəbiyyat asimanımızda hər zaman parlaqlığı ilə seçilsin və oxucuların qəlbini nurlandırsın. Uğurlar, SEVİNC Qərib!!! Və

Alasan əlinə mürəkkəbini,
Düşəsən yolların ağ izlərinə.
Çəkəsən sınağa şair təbini,
Sərəsən ruhunu kəhrizlərinə.
Təşnə dodaqların yanğısı sönə,
Soyuya ürəyin bulaq suyutək.
Çiçək qucaqlaya səni bir qucaq...


Aygün Cəfərova,
tədqiqatçı- yazar


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar