Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ədəbiyyatın günü- Dəyanət Osmanlı yazır

Tarix: 16-07-2019 21:22     Baxış: 2455 A- / A+
Ədəbiyyatın günü- Dəyanət Osmanlı yazır

"Öyrəncəli elələri də var ki, adını təxəllüs götürməyə bir nüfuzlu adam (və xüsusən nüfuzlu dul qadın) tapmaq üçün ədəbiyyatın qarnında dərin tədqiqatlar aparmaqdadırlar..."

Son illər ədəbiyyata facebookdan gəlirlər. Burada tanınıb, kütləvi halda YB üzvü olublar. Bu da Yb-də getdikcə dərinləşən və amansızlaşan gizli qrup ədavəti başçılarına sərf edir. Hətta ictimai rəydə Anarın əleyhinə səngiməyən kampaniyalar da YB-də yeri möhkəmlənmiş qrup başçıları tərəfindən planlanır və həyata keçirilir. Sonra bu zirək yazarlara təqaüd, vəzifə, mükafat istəyir və alırlar da...
Hələ ortada bir əməlli yazı-pozusu olmayan, özü kimilərdən dəstə yaradıb ədəbiyyatı yönətmək cəhdində bulunanların, YB hesabına diyar-diyar gəzənlərin, sinəsini haqq eləmədiyi təşəkkürnamələrə, medallara qabardanların kiçikçaplı oyunları da göz qabağındadır. Buyur, bir irad bildir, qarğa kimi üstünə tökülüşəcəklər. Amma bircə quşatana tabları olmaz. Öyrəncəli elələri də var ki, adını təxəllüs götürməyə bir nüfuzlu adam (və xüsusən nüfuzlu dul qadın) tapmaq üçün ədəbiyyatın qarnında dərin tədqiqatlar aparmaqdadırlar...
Mən Qəbul Komissiyasının üzvü olanda bu planlı axına qarşı idim və bütün müzakirələrdə fikrimi qəbulu kütləviləşdirmək olmaz deyə, qəti şəkildə ortaya qoyurdum. Elə olurdu ki, 3 dəfə bəyənilməyib geri qaytarılan müəllifin sənədləri kimlər tərəfindənsə təkrar-təkrar yenidən müzakirəyə çıxarılırdı.
Mən üzvlər arasında təyin olunmuşlardan deyildim. Sadəcə olaraq, uzun illər üzv olduğum İH-dən Qəbul Komissiyasına keçirilmişdim. Hesab edin ki, iclas bitər-bitməz koridorda əks-sədası ilə qarşılaşırsan. Və növbəti iclas ərəfəsində sənə dolayısı ilə F. Q-nın sözünü çatdırırlar ki, bizim işimizə mane olursan. Fikirləşib dinmirsən ki, onsuz da ictimai işdir. Maaşlı yerlər bu qrupların qərargahlarıdır və orada tərəfdar toplamaqla məşğul olan görəvlilər oturub.
Əlbəttə, bilirdim, "bizim iş" deyilən şey ədəbiyyat yox, qrupların sosial dayaq qazanmaq işidir. Bunları bilə-bilə birdəfəlik, istehza edib (məhz istehza!) uzaqlaşırsan. Acınacaqlıdır ki, bu qruplar da ayrı-ayrılıqda Anara eyni saxta etibar nümayiş etdirirlər...
Və elə sanırsınız, bu çıxarılan oyunları heç kəs, məni kimi ayıqlar və şübhəsiz, hamıdan daha ayıq olan Anar bilmir, cənab pis oyunçular?!..

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar