Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı alimə “Beynəlxalq Qızıl Ulduz” medalı verildi - Şəkil

Tarix: 03-07-2019 20:14     Baxış: 3211 A- / A+
Azərbaycanlı alimə “Beynəlxalq Qızıl Ulduz” medalı verildi - Şəkil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalına layiq görülüb.

Tarix İnstitutundan kult.az-a bildirilib ki, Elmi şuranın iclasında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə nümayəndəsi, professor Elçin İsgəndərzadə akademiyanın diplomunu, “Beynəlxalq Qızıl Ulduz” medalını və vəsiqəsini, mantiyanı Yaqub Mahmudova təqdim edib.

Elçin İsgəndərzadə deyib ki, akademiyanın medalına türk dünyasının çox məşhur insanları - Süleyman Dəmirəl, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları layiq görülüblər: “Azərbaycandan Akademiyanın həqiqi üzvlüyünə görkəmli alimlərimiz Ramiz Mehdiyev, Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə və başqaları seçiliblər. Yaqub Mahmudov 1000-dən çox elmi əsərin müəllifidir, onun 15 cildlik “Seçilmiş əsərləri” var. O, milli-azadlıq hərəkatının gerçək qəhrəmanlarından biridir”.

Tarixçi alim təltiflərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkür edərək bildirib ki, bu, yalnız ona yox, həm də Tarix İnstitutunun fəaliyyətinə və alimlərinə verilən çox böyük qiymətdir. O, akademiyaya ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı hədiyyə edib.
Azərbaycanlı alimə “Beynəlxalq Qızıl Ulduz” medalı verildi - Şəkil


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar