Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Şirməmməd Hüseynovun adının əbədiləşdirilməsi ilə üçün təqaüd təsis oluna bilər”

Tarix: 25-06-2019 20:51     Baxış: 3192 A- / A+
“Şirməmməd Hüseynovun adının əbədiləşdirilməsi ilə üçün təqaüd təsis oluna bilər”

“Onun vəfatının təkcə Azərbaycan jurnalistikasına üz vermiş böyük itki kimi qiymətləndirə bilmərik, bu bütövlükdə Azərbaycanın fikir camiyəsinə böyük bir itkidir”.
Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında jurnalisti, filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

O, sayta açıqlamasında Şirməmməd Hüseynovun adının əbədiləşdirilməsi üçün bir sıra düşüncələrinin olduğunu bildirib:

“Belə bir təklif verə bilərik ki, Şirməmməd müəllimin adının əbədiləşdirilməsi ilə bağlı bir təqaüd təsis olunsun. Ama, biz umumiyyətlə istəyirik ki, dekabr ayında ad günü olduğu üçün, həmin ərəfədə bununla bağlı gözəl bir elmi konfrans təşkil edək. Eyni zamanda Şirməmməd müəllimin biblioqrafiyasını yayımlayaq. Düzdü, indidən tam dəqiq nəsə demək tezdir ama Şirməmməd müəllimin adını əbədiləşdirmək üçün düşüncələrimiz artıq var”.

Vüqar Zifəroğlu həm Azərbaycanın görkəmli alimi, mətbuat tədqiqatçısı, professoru həm də müəllimi olan Şirməmməd Hüseynovun vəfatı ilə bağlı düşüncələrini Moderator.az-la bölüşüb:

“Şirməmməd müəllimin vəfatı ümümiyyətlə, Azərbaycanda ictimai, siyasi, düşüncə, fikir camiyəsində böyük bir itkidir. Şirməmməd müəllim olduqca hər tərəfli, unikal, fonomenal bir şəxsiyyət olub. Onun vəfatının təkcə Azərbaycan jurnalistikasına üz vermiş böyük itki kimi qiymətləndirə bilmərik. Onun vəfatı bütövlükdə Azərbaycanın fikir camiyəsinə böyük bir itkidir. Həqiqətən də biz çox böyük bir şəxsiyyəti itirdik. İstər araşdırmacı kimi, istər bir alim kimi, istər bir müəllim kimi, istərsə də bir vətəndaş kimi böyük bir insanı itirdik. Mən bunları təkcə tələbəsi kimi demirəm. Ümumiyyətlə, Şirməmməd müəllim elə bir şəxsiyyət idi ki, bu cür insanlara çox nadir hallarda rast gəlmək olur. Öz əxlaq, həyat fəlsəfəsi, düşüncə tərzi, tutub getdiyi yolu ilə bu insan hər zaman bizə örnəkdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar