Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ölü arvadla cinsi əlaqəyə girmək istəyən xalq iradəsi

Tarix: 24-06-2019 21:42     Baxış: 3302 A- / A+
Ölü arvadla cinsi əlaqəyə girmək istəyən xalq iradəsi

Aqşin Yenisey yazır...

O gün, yəni müsəlmanın “öyün”ü, Hüsnü Mübarək devrildikdən sonra demokratik yolla Misir prezidenti seçilmiş və “hərbi çevriliş” nəticəsində həbsə məhkum edilmiş Məhəmməd Mursinin məhkəmə zalında keçindiyi xəbərini oxuyanda istər-istəməz bu adam haqqında ağlımdan belə bir sual keçdi: Görəsən, onu kahinlər ölkəsinin prezidenti seçmiş və 2500 ildir dünyada müzakirə olunan demokratiya anlayışı haqqında neçə kitab oxumuşdu bu rəhmətlik?

Bu sualdan ikinci bir sual doğdu: Demokratiyanın təməl prinsiplərindən biri insan azadlığıdır və “insan azadlığı” dedikdə ancaq kişilərin azadlığı nəzərdə tutulan müsəlman ölkələrində bu prinsipin qadınlara da aid olduğunu qəbul etməyə hazır olan neçə kişi var?

Sonra üçüncü sual gəldi: Bir cəmiyyətdə demokratiyanın işlək mexanizmə çevrilməsi üçün təkcə hökumət idarələrinin demokratik prinsiplərlə işləməsi kifayətdirmi? Məsələn, oxusa, yüz faiz əxlaqsız olacaq ehtimalı ilə qızını məktəbə buraxmayan ataya demokratik hökumət necə başa salacaq ki, ağsaqqal, bu ailə dəyərin bizim qəbul etdiyimiz insan haqlarına ziddir?

Sonra dördüncü sual peyda oldu: Demokratik düşüncəli insanla demokratiya yolu ilə seçilən insan eyni məxluqdurmu?

Beşinci sual Platondan gəldi: Xalqın iradəsi xalqı özlərinin deyil, bir tiranın idarə etməsini istəyərsə, onda necə olacaq?

Altıncı sual özünü çox gözlətmədi: “Ofis demokratiyası”nın vətəndaşa təklif etdiyi “dövlət kimi, yoxsa insan kimi yaşamaq” seçimi müstəmləkəçiliyin yeni tələsi deyilmi? Çünki bu gün dünyanın üçüncü sort ölkələrində dalbadal demokratiya ofisləri açan İngiltərənin zəka küplərindən biri Tomas Karleyl o irəlidən özü demirdimi ki, ser, gəmilər Ümid Burnunu səsvermə hüququ və seçki qutusu sayəsində dolaşa bilməz!

Yeddinci sual çox amansız oldu: Nitsşe özü “xalq nəyin doğru, nəyin yanlış olduğunu bilməz və həmişə yalan danışar. Xalq heyvan belə ola bilməz, çünki heyvan olmaq üçün məsum olmaq lazımdır” deyərkən nə qədər məsum idi?

Mursi öldü, amma ölümü ilə bir çox müsəlman ölkələrində davam edən demokratiya haqqında müzakirələri də alovlandırdı. Biz də o müsəlman ölkələrindən biriyik və mən yalan-gerçək Mursinin demokratik azadlıqlar olaraq Misir xalqına vəd etdiyi bəzi ayın-oyunu oxuyanda istər-istəməz xalqımızın yuxarıdakı suallardan hansına cavab tapdığı haqqında düşünəsi oldum.

Biz bir cəmiyyət olaraq xalq iradəsinə arxalanan demokratiyaya hazırıqmı? Misirdə, doğrudanmı, xalq iradəsi ölmüş arvadı ilə basdırılmadan öncə cinsi əlaqəyə girmək istəyirmiş və 40 il imiş ki, Mübarək diktaturası bu azadlığını misirlilərin əlindən alırmış? Bizim də bu cür etikaya uyğun olmadığı üçün açıq şəkildə etiraf etmədiyimiz demokratik istəklərimiz varmı?

Ümumiyyətlə, bizim milli-mənəvi dəyərlərimiz demokratiyanın hansı növünə uyğun gəlir ki, biz onu seçərək keçmiş və gələcək arasında etiralı körpü yarada bilərik?

Gəlin, baxaq. Məsələn, 1992-ci ildə Cənubi Afrika respublikasında yalnız ağ seçicilərin yararlandığı Şumpeterian demokratiyası nə üçün onlarda uğur qazansa da, demokratik azlığın hakimiyyətini təmin edən bu siyasi sistem bizə uyğun gəlmədi. 1918-ci ildə bizim demokratik azlığın arxasında sıravi olaraq kimsə durmadı. Çünki 1918-ci ilin xalqını Əhməd Bəy Ağaoğlunun ideyaları maraqlandırmırdı, xalq qızını sırımağa bəy axtarırdı, oğlunun qoçu olması ilə öyünürdü.

Keçək Populist (xalqçı) demokratiyaya. Bu, Şumpeterian demokratiyasının əksidir; demokratik azlıq çoxluğun tələblərinə tabedir. Məsələn, Türkiyədə çoxluğun tələbi ilə məscidlərdə azan oxunmasının saxlanılması kimi. Demokratik azlıq populist demokratik rejimdə bu cür tələbləri həyata keçirməyə məhkumdur. Halbuki azanın oxunması digər inancdan olan ölkə vətəndaşlarının haqlarını tanımamaq deməkdir. Populist demokratiyanın əsas problemi budur ki, demokratik azlıq xalqın iradəsinin, demokratik iradə olmadığını, yaxud demokratik öhdəliklərə zidd olduğunu söyləyə bilər.

Məsələn, xalq “Məhsul” meydanında tələb edə bilər ki, biz şiə qardaşlığı istəyirik, yaxud bunu xalqın adından cürbəcür qüvvələr tələb edə bilər. O zaman demokratik azlıq olaraq nə edəcəyik?

Populist demokratiyadan qismən fərqli olaraq, liberal demokratiya çoxluğun fikrinin yekun siyasi qiymət olduğunu rədd edir. Liberal demokratlar, çoxluğun fikrinin dəyərini bir sıra əsas azadlıqları tanıyaraq təyin edirlər: azad və bərabərhüquqlu insan idealının təməlini təşkil edən fikir, söz, mətbuat, toplaşma və dini inanc azadlığı; şəxsi mülkiyyət hüququ, seçmə və rəsmi vəzifələrdə işləmə haqqı, qanunsuz həbs olunmamaq və qəsb edilməmək hüququ kimi təməl azadlıqlar çoxluğun fikrindən və şərtlərindən daha üstündür və hüququn aliliyi tərəfindən tanınırlar.

Məncə, itoynadan bir cəmiyyət olaraq biz belə bir demokratiyaya mütləq bir vedrə bağlayarıq ki, necə yəni təməl azadlıqlar xalqın fikir və şərtlərindən daha üstündür, bizim fikirlərimiz nəzərə alınmayacaqsa, neynirik o təməl azadlıqları?

Ən axırıncısı da müzakirəçi demokratiyadır ki, ta bundan başqası yoxdur. Müzakirəçi demokratiya isə heç bizlik deyil, biz onu qarğabazarı kimi başa düşəcəyik. Yuxarıda dedik ki, populistlər ümumi qanunvericiliyə, liberallar isə fərdi azadlıqlara dəyər verirlər. İkisinin də ortaya qoyduğu idealların birlikdə reallaşması mümkün deyilmi? Müzakirəçi demokratiya bu nöqtədə populist və liberal idealları inteqrasiya edən bir cavabı bölüşür: fərdi azadlıq və siyasi bərabərlik, fərdi muxtariyyəti ifadə etdiyi, ya da dəstəklədiyi halda qiymətlidir - yəni insanların rasional müzakirə yolu ilə öz həyatlarını formalaşdırmaq istəyi və qabiliyyəti ən mühüm məqamdır.

Müzakirəçi demokratiya, hər kəsin fərdi muxtariyyətini ifadə etmək və dəstəkləmək üçün ümumi qanunvericilikdən istifadə edir, ancaq populist demokratiya ilə bu nöqtədə ayrılır: Populist demokratiyada xalqın iradəsinin ifadəsi hər şeydən önəmli olan bir prinsipdir. Müzakirəçi demokratiyada isə ümumi qanunvericilik - hər şeydən əvvəl ən yaxşı, ən açıq, diqqətli və qarşılıqlı hörmətlə idarə olunan mübahisə prosesləri ilə uzlaşmağın mümkün olduğu məsələlərdə - ictimai müzakirəni cəsarətləndirmə vasitəsi kimi istifadə edilir. Bundan da ağlım bir şey kəsmədi.

Mən demokratiyanın yox, fanatizmin düşməniyəm!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar