Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Gənc yazarlar XIII qurultaya vahid namizədlə getməlidir" - Tural Turan

Tarix: 17-06-2019 21:26     Baxış: 3569 A- / A+
"Gənc yazarlar XIII qurultaya vahid namizədlə getməlidir" - Tural Turan
"Bir neçə gün öncə Prezident təqaüdçüsü, Azərbaycan Yazıçlar Birliyinin üzvü, şair Emil Rasimoğlu AYB-nin növbəti XIII qurultayına namizədliyini irəli sürəcəyini elan etmişdi. Üstəlik, namizədlik məsələsində israrlı olduğunu bildirmişdi. Onun bu addımını və qətiyyətini təqdir edirəm. Bu öz yerində. Eyni zamanda, hesab edirəm ki, gənc yazarlar növbəti qurultaya Emil bəyin dediyi kimi bir neçə yox, elə 1 namizədlə getməlidir. O zaman hansısa uğurlu nəticəyə nail olmaq mümkündür. Əksi baş verərsə gənclər arasında parçalanma baş verə bilər".

Manevr.az xəbər verir ki, bunu Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Tural Turan deyib. Gənc şair sayta açıqlamasında bildirib ki, həmkarının irəli sürdüyü təklif təqdirəlayiq olsa da razılaşmadığı məqamlar da var:

"Emil Rasimoğlu istedadlı şair və uğurlu təşkilatçı kimi mövcud ədəbi mühitdə böyük nüfuza malikdir. Bir çox ədəbi görüşləri, təqdimatları, poeziya günlərini təşkil edib. Yüksək təşkilatçılıq məharətini ortaya qoyub. Hesab edirəm ki, 28 yaşlı Emil Rasimoğlu gənc və enerji dolu fəaliyyəti ilə də Azərbaycan Yazıçılar Birliyinə uğurla sədrlik edə bilər. Buna onun potensialı var. Yəqin ki, seçki öncəsi platformasını da açıqlayacaq. Sədr olacağı təqdirdə görülməsi labüd olan işlərin konsepsiyasını, proqramını da ictimaiyyətə təqdim edəcək. Emil bəy namizəd kimi mənim və digər yazar həmkarlarımın da adını namizədlər siyahısında gördüyünü bildirib. Dəyəri üçün həmkarıma təşəkkürlərimi çatdırıram. Amma hesab edirəm ki, qurultayda gənclərin bir yekdil namizədi olmalıdır. Əks halda bölünmələr ola bilər və bu da vahid namizədə uğur gətirməz. Bununla da alternativsiz namizəd kimi növbəti müddət üçün də hörmətli Anar bəylə mübarizə uğursuzluğa gətirib çıxara bilər. Onu da deyim ki, Emil bəyin bir neçə gün öncəki açıqlamasında adlarını sadaladığı yazarlar içərisində AYB sədri postuna kifayət qədər potensiallı, eyni zamanda layiq namizədlər var. Bu mənada gənc yazarlar ən qısa müddətdə bir araya gəlməlidir. Öz vahid namizədini müəyyənləşdirməli və bundan sonra əməli təbliğat işinə başlamalıdır. Hələlik gənclər arasında namizədliyini irəli sürən digər bir yazar olmadığından mən elə müqayisə etmədən Emil bəyin namizədliyi üzərində dayanıram. Amma gənc yazarlarımız içərisində daha tutarlı bir konsepsiya irəli sürən olarsa, fikrim dəyişə bilər. Hətta gənc həmkarlarım mənim namizədliyimi irəli sürsələr belə yaxamı geri çəkmərəm. Tutarlı platforma ilə seçkiyə qatılaram. Amma indiki halda mən Emil bəyin namizədliyini dəstəkləyirəm".

Tural Turan eyni zamanda bildirib ki, indiki gənc yazarlar namizədlik məsələsində nədənsə qətiyyət nümayiş etdirməyə çəkinir:

"Böyük əksəriyyət yazıçı Anar Rzayevin əbədi sədr olması fikri ilə razıdır. İndi hər kəs yeniliyi AYB-dən kənarda axtarır. Bu quruma əks mövqedə durmaqda görür. Hesab edirəm ki, bu kökündən yanlış düşüncədir. Yazıçılar Birliyində olmaqla da bu qurumda yeniliklər etmək mümkündür. İnkişaf üçün sadəcə olaraq yeni nəfəs lazımdır. Sadəcə olaraq AYB-nin ağuşundakı gənclərin çoxu ya yeniliyə meylli deyil, ya da özlərinə inamı yoxdur. Qətiyyətsizlik indiki ədəbi mühitin böyük baş bəlasıdır. İlk baxışdan bu mütilik psixologiyası bu qurumda hazırkı sədrin diktator, əbədi sədr olması ilə bağlı fon yaradır. Məncə belə deyil. Sadəcə olaraq gənc yazarların özünüsenzor etməsi kənardan birlik haqqında dumanlı görüntü formalaşdırır. Namizədlik irəli sürəni AYB-dənmi çıxaracaqlar?! Təqaüdlərdən, dərc olunmaqdanmı məhrum edəcəklər?! Bu qurumun üzvü kimi belə halların baş verəcəyinə inanmıram. Sadəcə bizim bəzi istedadlı gənc yazarlar qorxaqlıq, ikili oynamaqla "az aşım, saz başım" deyiminə qol qaldırırlar. Emil Rasimoğlu isə namizədliyini irəli sürməklə qətiyyətini ortaya qoydu. Seçkinin nəticəsinin nə olmasının buna dəxli yoxdur".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar