Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

XİLASKAR- Tural Vəlizadənin yaxın tarixə "səyahəti"

Tarix: 14-06-2019 20:17     Baxış: 2537 A- / A+
XİLASKAR- Tural Vəlizadənin yaxın tarixə "səyahəti"
Tural Vəlizadə
Qərbi Kaspi Universitetinin müəllimi


İyun 1993-cü il. Bütün ölkə bir nəfər kimi Gəncə hadisələrinin nəticəsini gözləyirdi. Bir çoxlarının fikrincə Gəncədə baş verən qanlı olay Bakıda qanlı hadisə ilə yekunlaşa bilərdi. Bu anda Heydər Əliyev ölkəni qardaş qırğınından xilas edə edə bildi. Çünki, xalq ona qeyri-şərtsiz inandı. Azərbaycan hökuməti tərəfindən Bakıya dəvət edilən Heydər Əliyev öz nüfuzu, inandırmaq və diplomat qabiliyyəti ilə daxili qarşıdurma təhlükəsinin önünü alarkən yeni bir təhlükə meydana çıxdı. Bu, Azərbaycanın parçalanması təhlükəsi, bütün cəmiyyətin parçalanması təhlükəsi idi. Bütün Azərbaycan Milli Məclisin sessiyasının televiziyadan canlı yayını sayəsində Heydər Əliyevin bu böhran təhlükəsini necə məharətlə qarşıladığının şahidi oldu.

15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 24 iyunda Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. 1993-cü ilin 3 oktyabrında isə Heydər Əliyev ümumixalq seçkilərində Azərbaycan Respublikasının prezidenti seçildi.
1993-cü ildə Heydər Əliyevin Bakıya gəlməsi və hakimiyyət başına keçməsi ilə yeni bir dövr başladı. Qarşıdurmaların dayanması və ölkəyə sabitlik gəlməsi ilə başlayan bu yeni proses ölkəyə xaricdən investisiya qapılarını açdı. Bakı-Tiflis-Ceyhan layihəsinin həyata keçməsi ilə başlayan iqtisadi addımın nəticələrini bu gün hamı görür.
1993-2003-cü illərdə Heydər Əliyev Azərbaycanda yeni bir siyasi sistem qurdu. Çox çətin şərtlər daxilində yeritdiyi xarici siyasət sayəsində son dərəcə mürəkkəb bir coğrafiyada yerləşən ölkəsinin sabitlik içində investisiyalara davam etməsinə imkan verdi. 12 dekabr 2003-cü il tarixində əbədiyyətə qovuşan Heydər Əliyev özündən sonra qoyduğu əsərlər ilə xalqımızın qəlbində yaşamağa davam edir.
Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir". Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı. Heydər Əliyev Azərbaycan cəmiyyətini siyasi təfəkkür məhdudluğundan qurtardı. Bu, böyük və inqilabi bir nailiyyət idi.
Ulu öndər Heydər Əliyevin qurub yaratdığı təməllər üzərində inkişafına davam edən Azərbaycan 10 milyonu keçən əhalisi ilə dünyada öz layiqli yerini tutmaqdadır. Azərbaycan 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçilib. 2012-ci ildə reallaşan Azərbaycanın xarici investisiyalarının miqdarı 22 milyard dollardan çox olmuşdur. Ölkədə 2003-cü ildən bu yana 2500 yeni məktəb və 500-dən çox sağlamlıq kompleksi açılıb. Azərbaycanda insana qoyulan kapital, investisiyalar sürətlənərək davam edir.
Ancaq daha da ediləcək çox şey var. Bunları həyata keçirməyin mümkün olduğunu haradan bilirik? Bilirik, çünki çox çətin şəraitdə mübarizə aparan Heydər Əliyevin uğurları yeni nəsillərə ilham olur. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyevin adı bu möhtəşəm tablonu tamamlayır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar