Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“2017-ci il Azərbaycan üçün çox ağır il olacaq” - millət vəkili

Tarix: 30-11-2016 16:08     Baxış: 4343 A- / A+
“2017-ci il Azərbaycan üçün çox ağır il olacaq”


Millət vəkili Vahid Əhmədov Tarif Şurasının elektrik enerjisi və təbii qazın qiymətlərinin qaldırılması ilə bağlı qəbul etdiyi qərarına münasibət bildirib.

Manevr.az-ın məlumatına görə, V.Əhmədov bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı deyib ki, elektrik və təbii qazın qiymətinin qalxması istər-istəməz digər sahələrə, həmçinin məhsulların qiymətinə təsir edəcək:

“Biz qiymət artımında nəyə nail olmaq istəyirik? Gəlirlərin artmasına? İşıq və qazın qiymətinin qalxması istər-istəməz məhsulların qiymətinə təsir edəcək və qalxacaq. Bu, ciddi problemlər yaradacaq”.

Deputat qeyd edib ki, islahatlar sürətləndirilməlidir:

“Azərbaycanda islahatları bir qədər çevik aparmaq lazımdır. Struktur islahatları mütləq aparılmalı, müəyyən nazirliklər ləğv edilməli və yaxud da birləşdirilməlidir. Biz Rəqabət Məcəlləsini də qısa zamanda qəbul etməliyik”.

V.Əhmədov söyləyib ki, 2017-ci il Azərbaycan üçün çox ağır il olacaq:

“Azərbaycanda islahatları bir qədər çevik aparmaq lazımdır. Artıq manatı qoruyub saxlamaq mümkün deyil. Manat nə qədər ucuzlaşacaqsa, bu, doğru olacaq. Axırda gəlib öz yerini tutacaq. Bu, düzgündür”.

Deputat əlavə edib ki, Azərbaycanda bank sektoru bu gün heç kimə kredit vermir: “Bu, ciddi problemdir”.(ölkə.az)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar