Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

KÖNÜL KÖRPÜLƏRİ- Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində -ŞƏKİLLƏR

Tarix: 24-05-2019 19:20     Baxış: 3562 A- / A+
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

ÖMÜR HİSS ETMƏDƏN ÖTÜB KEÇİR.
Bəzən yollarda, bəzən yollarsız. Hər kəsin bu həyatda bir amalı, bir istəyi var. Yaxın, uzaq istəklərin də bəzən bir ortaq nöqtəsi olur. Həmin o ortaq nöqtə insanın qəlbini işıqlandıran, ona həyat enerjisi verən bir mənbədir. Mənim qəlbimin istinad nöqtəsi şeiriyyət, gözəl qəlblər, məsum könüllərdir. Və bu könülləri birləşdirən körpülərdir. O körpü ki, ordan dünyanın ən ilahi duyğuları keçir və keçməkdədir.

İxtisasca həkim olsam da, yazmaq, yaratmaq mənəvi qidamdır. İnsan qəlbinin bir öz içinə açılan pəncərəsi, bir də dünyaya açılan pəncərəsi olur. Dünyaya söz dünyandan boylanmaq qədər gözəl heç nə yoxdur. Söz və sənət tarixin və insanların yaddaşında əbədi qalandır. Söz sərhəd tanımır. Qanadlarında insanı da özüylə el- el, oba- oba dolaşdırır. Türkiyədə Güncə Yayın evində çap olunan kitablarımız biz azərbaycanlı yazarları da öz qanadında şeir , sənət adamlarıyla görüşdürdü. Bir var millətlərin dili, bir də var sözün dili.
Hər il Türkiyərdə ölkələrarası Söz, Sənət Bayramı keçirilir və bu qardaş ölkə bizim ədəbiyyat adamlarından da nümayəndələr dəvət edir. Bilirsiniz ki, uzun illərdir ki, mənim Türkiyə ədəbi aləmi ilə sıx əlaqələrim var.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Bu ilki Türkiyə səfərindən təəssüratlarım o qədər çoxdur ki, hardan başlayıb, hardn bitirəcəyimi bilmirəm. Sanki bu qiymətli anların bir- bir sürüşüb itəcəyindən qorxuram.
Onda lap əvvəldən başlayım. Türkiyədən yazar Hümbət Həsənoğluna və mənə yeni çıxan kitablarımızın imza gününə dəvət gəldi. Ankaradakı “Günce” nəşriyatında çox əziz qardaşım, Türkiyənin tanınmış yazarı, söz adamı Coşqun Qarabuludun çevirisi və böyük zəhməti sayəsində dəyərli yazar dostum Hümbət həkimin “Kelebek mutluluğu” esse ve hekayələr , “Aforizmalar” kitabları, mənim də “Sevgi Yağmuru” kitabım işıq üzü görmüşdü. Coşqun Qarabuludun çevirməsində. .
4-cü Ağdəniz ətrafı şəhərlərin Mədəniyyət və Sənət Görüşləri, 11-ci Fəthiyə Ölkələrarası Mədəniyyət və Sənət festivalı tədbirlərində başda Fəthiyə Ədəbiyyat qrupu başçısı olaraq qatılan Coşkun bəy ilə birlikdə Adana, Antakya, Mersin, Fethiyə, Muğla olmaqla 5 şəhərdə şeir axşamları və imza günlərimiz oldu. Ağdəniz ətrafı şəhərləri başdan başa gəzdik. Hər bir görüşdə iki qardaş dövlətin ortaq məziyyətlərindən, könül birliyindən , ədəbiyyat, sənət haqqında geniş söhbətlər edildi, şeirlər, aforizmalar səsləndirildi.
Bizi Adanada hava limanında Coşqun Qarabulud , bu gözəl insan çox doğmalıqla qarşıladı, bildirdi ki, festivala digər şəhərlərdən gələnlər də bizi səbirsizliklə gözləyirlər. İlk görüşümüz , Adanada 4- cü Ağdəniz Mədəniyyət günlərinin təşkilatçısı və ” Sanat və Yaşam” dərgisinin təsisçisi Mehmet Taşar bəy və onun yaxın dostları ilə oldu. Dəyirmi stol arxasında maraqlı söhbətlər oldu. Sanki ayrı düşən qardaş, bacılar qovuşmuşdu.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Hümbət həkimin kitabları əldən ələ gəzdi. Mənimsə kitablarım Antakyada məni gözləyirdi. Körpəsini görməyə tələsən ana kimi çox həyəcanlıydım. Antakyada bizi daha başqa sürprizlər gözləyirmiş. Coşkun abi , Altınözü rayonunun Sarıbük kəndində şagirdlərlə görüşümüz olacağını bildirdi. . Məktəbin direktoru , şair Mahmud Özkoca bizi əziz adamları kmi qarşıladı. Bu alicənab, mehriban insan, böyük fədakarlıqla şagirdlərin təlim- tərbiyə və yaxşı təhsil almaları üçün gecə- gündüz əmək sərf edir. Biləndə ki, məktəb Suriya sərhəddində yerləşir, marağımız birə- beş artdı. Türk dünyasının ölməz qəhrəmanı Mübariz İbrahimovun yağlı boya ilə divara çəkilmiş rəsmini görəndə həm sevndik, həm də heyrətləndik. Məktəbin qarşısından Suriya sərhəddi görünürdü. Göy üzündə sakitlk olsa da hansısa qorxunc kabusun o tərəflərdə pusquda durduğunu hiss etməmək olmurdu. Və belə bir yerdə Mübarizimizi görmək böyük qürur hssi yaratdı bizdə.Onun rəsmini Arif adlı rəsm müəllimi çəkmişdi. Hümbət həkim dedi ki, Azərbaycana gedəndə bildirəcəm ki, Türkiyə üçün narahat olmayın, Mübariz ölməyib, Türkiyə, Suriya sərhəddində keşik çəkir. Bu sözlər hər birimizin gözlərini yaşartdı. Uzaq bir sərhəd kəndində bu qüruru bizə yaşadan Mahmut Özkocaya necə təşəkkür edəcəyimizi biləmmədik. Mahmut müəllim bildirdi ki, Mübariz hamımızın, qəhrəmanıdır. Həqiqətən də məktəblilərə, gənc nəsilə qəhrəmanlıq məktəbidir Mübariz!
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Məktəbdəki görüşdən sonra bizi Altınözü rayon mədəniyyət evində şəhər ictimaiyyəti, litseylərin müəllim, tələbə kollektivləri ilə görüş gözləyirdi. İcra başçısı Bülənt Uyğur bəy bizi şəxsən qəbul etdi. Dost və qardaş ölkə Azərbaycana sevgi və salamlarını bildirdi.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Mədəniyyət evindəki görüşə Bülənt bəy şəxsən özü də gəlmişdi. Zal ağzına qədər dolu idi.500 yerlik salonda boş yer yox idi. Hətta ayaqüstə duranlar da vardı. Hər kəs Azərbaycandan gələn yazarlarla görüşə səbirsizlənmişdi. Çox səmimi və yaddaqalan görüş oldu. Zaldan bizə çoxlu suallar verdilər. Geniş diskusiya xarakterli tədbirdə necə oldu ədəbiyyat adamı olduq ,Azərbaycan gəncləri, onların ədəbi, elmi fəaliyyətləri, Azərbaycandakı işğal altda olan torpaqlarımızın taleyindən və.s bu kimi suallara cavablar verdik. Icra Başçısı Bülənt Uğur bəy bizi təşəkkürnamə və fəxri fərmanla təltif etdi.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Mahmut hoca tədbirdən sonra bizi evinə iftar yeməynə dəvət etdi. Gözəl xanımı və oğlu ilə yaxından tanış olduq.
Səhərisi Mersinə yollandıq. Tarsus adlı şəhərdə bir çox tarixi abidələrlə tanış olduq. Kleopatra qapısını gördüm. Qədim rəvayətə görə Kleopatra bu qapıdan keçibmiş. Və bu qapıdan keçən xoşbəxt olurmuş. Mən də o qapıdan keçdim və inandım ki, böyük xoşbəxtlk məni də tapacaq.
Mersində iki müxtəlif yerlərdə, Mersin Əl İşi Sənətləri Mərkəzində, bir də MEŞYAD ( Mersin şairler ve yazarlar dərnəyi) üzvləri ilə görüş oldu. Mersin Əl işləri Sənəti mərkəzində bizi Fərhad İŞLƏK bəy, Səadət Bilir, Əli Bilir bəy qarşıladı.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Fəthiyədən tanıdığım, sevimli şairə Minə Sarmışı, Antalyadan gələn rəssam dostum Hürriyyət xanımı görməyim ikiqat sevincimə səbəb oldu. Minə xanım həm də gözəl rəssamdı. Keçən il Bakıya qonaq gəlmişdilər, yaddaqalan gün yaşamışdıq. Mehriban , səmimi söhbətlərimiz bizi daha da bir- birimizə bağladı. Əl işləri sərgisi ilə də tanış olduq. Müxtəlif rəngli saplardan toxunmuş güllü işləmələr diqqətimizi çəkdi. Və qəribə bir şərh eşitdk. Sən demə, qızlar, gəlinlər öz arzu və istəklərini, hətta narazılıqlarını bu tikmələrlə bir-birinə göndərirmiş.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

MEŞYAD qrupunun rəbəri Mustafa Doğan və onun qrupunun üzvləri -şair və yazarlar : Çinar Arıkan , Fatma Arıkan, Ömer Karayılan, Mustafa Özdemir, Harun Özmen, Handan Uçak Tunca, Məryəm Özdəmir, Zəhra Səlcuk Üçgül, Atifət Gəzək, Haşim Can, Mehmət Əli Elçin, Olğu Daşkın Çankaya, Mələk Dəmir, Nuran Atac, Nurhan Bakaner səbirszlklə bizləri gözləyirdi. Azərbaycan poeziyasını bizim qədər sevirmişlər. Bəxtiyar Vahabzadənin” Ana”şeiriylə salamladılar bizi. Şeirlər oxuduq, aforizmalar dinlədik. Nəğmələr oxuduq.Dadlı Mersin lahmacunlarına qonaq etdilər bizi. Sanki bir şəhərdə illərlə bir yerdə olan insanlar kimiydik. Ümumiyyətlə, Türkiyə mənim üçün çox doğma və əzizdir.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Adanada, Antakyda, Mersində unudulmaz görüşlərdən, yeni tanış olduğumuz dostlarla sağollaşaraq, könül körpülərini fəth edə- edə, yaşıllıqlar Kraliçası Fəthiyə şəhərinə gəlib çıxdıq. Dəyərli qardaşım Coşqun Qarabuludun yaşadığı və sevdiyi şəhərə. Mən dəfələrlə bu şəhərdə ölkələrarası festivallara qatılmışam. Deyərdim ki, bu şəhərin dadı, duzu Coşqun abidir. Bu ifadəni nahaqdan işlətmədim. Fəthyə turizm şəhəridir. Yamyaşıl dağların əhatəsində nazlı bir gəlinə bənzəyir. Babadağdan həmişə paraşütçülər atlanırlar. Turizmin səviyyəsini qaldırmaq üçün Coşqun abi təklif edib ki, bir paraşütçü ilə keçi də atlansın. Paraşütçü keçilər diqqət çəkər. Onu da deyim ki, bu şəhərdə keçiləri də çox sevirlər. Hətta Keçi kitab evi də var. Elə ki, heyvansevərlər bunu biliblər, tez Coşqun abinin yanına gəliblər ki, birdən keçilər ölə bilər, bu heyvana qarşı yolverilməz haldır. Müəyyən yerlərdən razılıq almalısınız. Coşqn abi də deyb ki, hər gün neçə ədəd keçi kəsib yeyirsiniz. Gedib razılıq kağızımı alırsınız? Keçi ucalıqdan qorxmur. İsrar etmişlər, izn kağızı almaq uçun. Səhərisi Coşqun abi deyib ki, keçinin razılığını aldım. Maraqlanmışlar. Necə, aldın, kim verdi?.
Deyib ki, keçi. Keçiyə soruşdum, o da hə, dedi. Deyiblər ki, keçi mə deyir, axı. Coşqun abi də tam ciddiyyətlə deyib ki, çobanın yanında soruşdum, o da mənə hə, - deməkdir, – dedi. Axırda keçilər bir nəfərlə yuxarıdan atlandırılıb və qalib olublar. Həmin ili bu xəbər manşetlərin bəzəyi olub. Bunu kiçik , yüzdən biri olan hadisə kimi yazdım. Bəli, Coşqun Qarabulud necə insandır, biləsiniz. Təbii ki, Azərbaycan oxucularının çox qismi onu” Hardan haraya “şeirlər kitabı ilə yaxşı tanıyırlar.
Zümrüd gözlü Fəthiyə bizə günəşli , ilıq nəfəsiylə xoş gəldinz, - dedi. Vanilla oteldə yerləşdik. Vanillanın müdirəsi Nalan xanım da xoş sifət, səmimi qadın idi. Bizi çox qonaqpərvərlklə qarşıladı.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Axşamüstü Fəthiyə ədəbiyyat qrupu ilə görüşümüz düzənləndi otelin çiçəkli bağçasında. Coşqun Qarabuludun başçılıq etdiyi Fəthiyə ədəbiyyat qrupunun üzvləri - yazar araşdırmaçı , keçmiş millətvəkili Şami Çökmən , şairlər- özünü onmilyon birinci Azərbaycan vətəndaşı elan edən, Azərbaycanın və Türkiyənin bayraqlarını öpüb gözünün üstünə qoyan, Azərbaycanda çap olunan “Gecədən Gündüzə “kitabı ilə hamımızın tanıdığı Sabri Kuşkonmaz , Şahak Ahmet Deniz, Oktay Yivli, Nevruz Yivli, Eser Tuncoglu, Yeşim Tuncoğlu, Ayten Çanaklı, Tülay Aslan, Ercan Birdal, Emine Çakır, Kaya Binışık, Mehmet Ali Yılmaz, Ridvan Dilmaç, Ali Talaş, Gülseren Pars, Emin Akan, üzlərində təbəssüm, sevgi ilə gəlib mənlə və Hümbət Həsənoğlu ilə çox mehriban görüşərək, xoş gəldiniz, - söylədilər.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Tədbiri giriş sözüylə Coşqun Qarabulud açdı. Haqqımızda məlumat verdi. (Həmin tədbir Youtub kanalında verilib). Nəğməli, şeirli gözəl bir gecə keçdi. Ullizionist İlkay Ciğdem də maraqlı fokusları ilə bizləri sehrlədi. Onu keçən dəfə Keçi kitab evində mənimlə olan görüşdən tanıyıram. Çox maraqlı, pozitiv insandır. Onunla iki doğmalar kimi görüşdük.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Fəthiyədə kəpənəklər vadisi var. Bu vadi dünyada olan 4 vadidən biridir. Hər il kəpənəklər bu vadidə yığışırlar. Hümbət Həsənoğlunun” Kelebek mutluluğu”nu həmin vadidə yaşatmaq istədilər. Səhərisi gəmi ilə həmin vadiyə yola çıxdıq. Bütün gəzinti boyu Türkiyə bayrağı ilə qoşa dalğalandırdıq Azərbaycan bayrağını.
Dəniz və onun sahilindəki gözəlliklər özü bir poeziyaydı. Füsunkar təbiəti təkrar görüncə buranın insanlarının qəlbinin nədən həssas və təmiz olduğunu anladım.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Fəthiyə şəhərində 11 – ci Kitab Yarmarkasının açılışı oldu. Dəfələrlə Fəthiyədə festivallara qatılan birisi kimi toplantının açılış lentini Fəthiyə bələdiyyəsi sədri yardımçısı Özer Olğun bəylə mən kəsdim. Bunu Azərbaycanıma sayğı və sevgi kimi qəbul etdim.Bu hadisə Fəthiyə qəzetlərində geniş miqyasda işıqlandırıldı. Açılışda Fəthiyə festivalı komitə başçısı Mustafa Şıkman da ıçtırak edırdı. Kıtablarımızı imzalayaraq gənclərə və dostlara hədıyyə etdık.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Ümumiyyətlə, kitab yarmarkalarını oxucu ilə müəllif arasında tanışlıq, həm də kitaba maraq hissinin artmasında yaxşı addımdır.
İmza günlərimiz, ədəbi aləmin insanları ilə səmimi görüşlərimiz Muğla Sıtkı Koçman Universitetində başa çatdı. “Güncə Yayın” evinin edutoru , filoloq, şair, professor Oktay Yivlinin çalışdığı universitetin tələbələri qarşıladı bizi. Oktay bəy Kazaxıstana dəvət aldığı üçün bizimlə iştirak edə bilmədi. Lakin başda universitetin prorektoru professor Bakiyə Uğur xanım olmaqla , universitetin professor, müəllim heyyəti bizi elə qarşıladı ki , sanki Okty bəy də yanımızda idi. Universitetdə bizimlə birlikdə Aydın Adnan Menderes Universitetinin professoru , yazar Yelda Özsunar xanımın da olması ayrıca bir ləzzət qatdı görüşlərimizə. Onu da deyim ki, Bakiyə xanım da, Yelda xanım da ixtisasca həkimdirlər. Hümbət bəyin də , mənim də həkim olduğumu bilincə, dostlarımız çox sevindilər.Muğla Sıtkı Koçman Universitetində azərbaycanlı tələbələr də oxuyur. Fəxr etdik ki, belə bacarıqlı vətən övladlarımız var. Universitetin akt zalında maraqlı görüş oldu, sonda kitablarımızı imzalayaraq, dostlara hədiyyə etdik. Universitetdə elmə , ədəbiyyata, tarixə aid marağı , bilikləri olan türk gəncliyi gördük.
Tədbirdən sonra xatirə şəkilləri çəkdirib, Hümbət həkimi Azərbaycana yolçu etdik. Mən isə hələ səfərimi davam etdirəcəkdim. Ankarada , Bartında dostlar məni gözləyirdi.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Mənim “Sevgi Yağmuru” şeirlər kitabım, Hümbət Həsənoğlunun “Aforizmalar” və “ Kelebek mutluluğu” kitablarının imza günləri uğurla başa çatdı. Yeri gəlmişkən Hümbət həkimin haqqında bir neçə kəlmə demək istəyirəm. Qeyrətli, təvazökar, xeyirxah, dərin biliyə malk bir vətən oğlu ilə yol yoldaşı olmaqdan qürurlandım. Dəyərli yazar dostumun Türkiyədəki uğurları məni sevindirdi. Onun nə qədər nəcib insan olduğunu görən dostlarım Hümbət bəyi çox sevdilər. Bütün imza günlərini Hümbət həkim kameralara çəkdirdi. Ona və digər yazar dostlarıma yaradıcılıq uğurları arzu edirəm.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Beləliklə, Adanadan başlayan yollar Muğlada bitdi. Lakin könül körpülərindən keçən yollar heç vaxt bitib tükənmir. Və tükənməyəcək də.
Ayrı- ayrı ölkələrin yazarlarının qarşılıqlı görüşləri, kitabların müxtəlif ölkələrdə çap olunub yayılması ədəbiyyatın ümumbəşəri dəyərə malik olmasına dəlalət edir. Çünki insanları bir- birinə bağlayan bədii düşüncə, təfəkkürdür. Dünyada qəlbləri gözəlləşdirən ədəbiyyat və musiqidir. Qəlbləri gözəlləşən insanlar isə heç vaxt əlinə silah alıb kimisə vurmaz, qəddar olammaz.
Bütün imza günlərində, festivallarda daima bizimlə olan, əziyyətimizi çəkən, məşhur Türkiyəli yazar, könül adamı, şair qardaşım Coşqun Qarabuluda, bütün Fəthiyə ədəbiyyat qrupuna, Mehmet Taşar bəyə, Mersində Fərhad İşlək bəyə , Səadət Bilirə və Əli Bilir bəyə, Antakya Altınözündə dəyərli İcra başçısı Bülənt Uyğur bəyə, şair, həm də Suriya sərhəddində bir məktəbin direktoru olan Mahmut Özkocaya, Mersin MEŞYAD başçısı Mustafa Doğan bəyə və üzvlərinə, Muğla Sıtkı Koçman Universiteti professoru filoloq, şair Oktay Yivli bəyə, məni görmək üçün gələn gözəl Nevruz Yivli Ədəbiyyat fakültəsinin bütün tələbə və müəllim heyyətinə , prorektor Bakiyə xanıma , Fethiyede hamımıza ev sahibliyi edən gözəl Nalan xanıma, onun işçilərinə, son olaraq tədbirlərimizi youtub kanalında yayımlayan Eser , Yeşim Tuncoğlanlarına , ən ümdəsi də kitablarımızı çap edib , bizə bu gözəllikləri yaşadan “Günce Yayın” evinə həm öz adımdan, həm də Hümbət həkimin adından sonsuz , dərin təşəkkürlərimi bildirirəm.
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Sağlıqla qal, Türkiyə! Qəlbimi Fəth edən Fəthiyə , saglıqla qal! Türkiyədəki dostlarım, sizləri heç vaxt unutmayacağam. Yaxşılar heç vaxt unudulmur. Allah amanında. Biz yenə də görüşəcəyik. Sizləri Doğma Azərbaycanımızda hər zaman gözləyirik!

Nazilə Gültac
Şair, araşdırmaçı yazar, tərcüməçi.

Manevr.az
KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

KÖNÜL KÖRPÜLƏRİ-  Nazilə Gültacın Türkiyə təəssüratları öz qələmində

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar