Xəbər lenti
Fazil Mustafa: Bu açıqlama psixi normallığın göstəricisi deyil
Psixi durumunu bu səviyyədə ortaya qoyan adamların söylədikləri elə də ciddi əhəmiyyət daşımır.
Bu sözləri axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa jurnalist Xədicə İsmayılın polkovnik-leytenant Ramil Səfərovu “cinayətkar” adlandırmasına münasibət bildirərkən deyib.
O, X.İsmayılın hakimiyyətin R.Səfərovun başına gələn hadisələrdən istifadə edərək seçkiqabağı xal qazanması barədə söylədiklərinə belə cavab verib:
“Bir adam illər sonra bu mövzuya qayıdırsa, deməli, onu buna təhrik edənlər var. Seçki kampaniyasında kim bu hadisədən istifadə etdi, hakimiyyət bundan nə müsbət divident götürdü ki?! Bunlar boş söhbətlərdir. Ramin Səfərov kifayət qədər həbsdə yatıb. Ömürlük cəza çəkəsi deyildi ki. Əgər o, R.Səfərovun ömürlük həbsdə yatmasını arzulayırdısa, bu, sadəcə antihumanist yanaşmadır. Hesab edirəm ki, bu açıqlama psixi normallığın göstəricisi deyil”.
Qeyd edək ki, jurnalist Xədicə İsmayıl sosial şəbəkə Ramil Səfərvun biabırçı cinayət törətdiyini yazıb. O iddia edib ki, Azərbaycan hakimiyyəti guya Ramil Səfərovun üzərindən seçkiqabağı xal qazanıb. Jurnalistin bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən böyük etirazla qarşılanıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar