Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nəsib Nəbioğlu Rusiyada diploma və medala layiq görüldü– ŞƏKİLLƏR

Tarix: 29-04-2019 21:20     Baxış: 3736 A- / A+
Nəsib Nəbioğlu Rusiyada diploma və  medala layiq görüldü– ŞƏKİLLƏR

Əslən Kəlbəcərdən olan, o əsrarəngiz torpaqların, əzəmətli dağların ruhunu sözündə, şeirində yaşadan tanınmış azərbaycanlı şair Nəsib Nəbioğlu Rusiya Yazıçılar İttifaqı Moskva təşkilatının mükafatına layiq görülüb.

65-illik yubileyi ərəfəsində şair Rusiya Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının yaradıcılıq sahəsində “bədii sözün ucalığına, bədii sözün qüdrətinə xidmətə görə” diplom və medalla mükafatlandırılıb. Bu münasibətlə təşkil olunmuş tədbirdə qeyd olunub ki, Nəsib Nəbioğlu öz yaradıcılığı ilə müasir Rusiya və Azərbaycan ədəbiyyatının zənginləşməsinə və dostluq tellərinin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Həmyerlimiz bu mükafata çoxşaxəli ədəbi fəaliyyətinə, rus və Azərbaycan ədəbiyyatına göstərdiyi xidmətə, eləcə də ədəbi-mədəni əlaqələrin gücləndirilməsi sahəsindəki işlərinə görə layiq görülüb.

Qeyd olunub ki, onun yaradıcılığı Rusiya və Azərbaycan xalqları arasında ədəbi əlaqələrin genişlənməsinə, gələcək münasibətlərin daha da inkişaf etməsinə təkan verir

Nəsib Nəbioğlu Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü Azərbaycan AYB Moskva bölməsinin katibidir.

Mükafatı Rusiya Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatının sədri Vladimir Boyarinov təqdim edib.
Nəsib Nəbioğlu Rusiyada diploma və  medala layiq görüldü– ŞƏKİLLƏR

Nəsib Nəbioğlu Rusiyada diploma və  medala layiq görüldü– ŞƏKİLLƏR

Nəsib Nəbioğlu Rusiyada diploma və  medala layiq görüldü– ŞƏKİLLƏR

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar