Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Musavat rəhbərləri bir birinə bunları yazdı - "Satqın..."

Tarix: 17-04-2019 07:12     Baxış: 3227 A- / A+
Musavat rəhbərləri bir birinə bunları yazdı - "Satqın..."

Yadigar Sadıqlı: "Başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir"
Səxavət Soltanlı: "Yadigar Sadıqlı bütünlüklə Müsavat Məclisini təhqir etdikdən, provakativ hərəkətlər etdikdən sonra növbəti dəfə müsavatçılar haqqında böhtan və yalan yayması..."

Musavat Partiyasının rəhbərliyində ciddi çaxnaşmalar var.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, bu təşkilatın rəhbərliynə daxil olan şəxslər sosial şəbəkələrdə bir -birinə ağır sözlər yazırlar.

Aylardır davam edən gərginlik artıq qapalı qruplardan açıqlığa çıxmaqdadır.

Öncə Müsavatın Divan üzvü Yadigar Sadıqlı özünün Facebook səhifəsində bu statusu yazıb: "Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız".
Musavat rəhbərləri bir birinə bunları yazdı - "Satqın..."

Bu iddiadan sonra Müsavat başqanının müavini Səxavət Soltanlı Yadigar Sadıqlıya aşağıdakı ağır cavabı verib:

"Əlbəttə ürək ağrısı ilə bu statusu yazıram.

Söhbət Müsavat Partiyasının və yüzlərlə ləyaqətli və vicdanlı müsavatçıya atılan böhtandan gedirsə, cavab verməmək mənim kitabımda yoxdur.

Deməli belə, Yadigar Sadıqlı bütünlüklə Müsavat Məclisini təhqir etdikdən, provakativ hərəkətlər etdikdən sonra növbəti dəfə müsavatçılar haqqında böhtan və yalan yayması, güya müsavatçılar kiminsə göstərişi ilə ona “satqın” deyiblər... (Belə bir fakt yoxdur, mümkün deyil) Bu müsavatçıları təhqir etməkdir.

Məsələnin mahiyyəti odur ki, Məclisdə etdiyi dözülməz davranışdan sonra hər kəs onun bu davranışını qınadı, ondan səhv etdiyini etiraf edib, üzr istəməsini tələb etdilər. O da müsavatçılardan dəstək görmədiyi üçün əsasən anti-müsavatçılardan və bu söhbətlərin detallarını bilməyən səmimi insanları çaşdırmaqla onların dəstəyin qazanmaq, Müsavat Partiyasına zərər vurmaq bahasına yalan və böhtan dolu status yazdı.

Statusa və mövzuya əlavə olaraq.
Siz siz olun, həyatda yaşadığı halda, fəaliyyət göstərdiyi müddətdə heç kim haqqında yüksək fikirlər yazıb özünüzü yazdıqlarınızın girovuna çevirməyin.

Siz siz olun, yalan-böhtan danışmayın. Bir dəfə yalan-böhtan danışdızsa, məcbursuz ki, növbətilərini uydurasız".
Musavat rəhbərləri bir birinə bunları yazdı - "Satqın..."

Dalaşan Müsavat rəhbərlərindən hər ikisinin tərəfdaraları bu statusların altında ciddi dartışmalara başlaylblar. Qarşılıqlı iddia və ittihamlar davam edir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar