Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur Seyid Mirzə Cəlilə niyə pul göndərmişdi?

Tarix: 14-04-2019 22:03     Baxış: 3231 A- / A+
Məşhur Seyid Mirzə Cəlilə niyə pul göndərmişdi?

Azərbaycanın görkəmli xanəndəsi Seyid Şuşinskinin anadan olmasından 130 il ötür.

Manevr.az xatırladır ki, o, 1889-cu il aprelin 12-də indiki Füzuli rayonunun Horadiz kəndində anadan olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il böyük alim Mir Möhsün Nəvvabın yanında təhsil alıb. Daha sonra isə Cabbar Qaryağdıoğlunun şagirdi olub.

Seyid Şuşinski “Çahargah”ı xüsusilə böyük məharətlə oxuyardı. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74-ü ötmüş Seyid bu muğamı həmin avazda ifa edər və qocalmağına rəğmən hələ də bu sənətin ustası olduğunu göstərərdi.

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. O, ictimai-siyasi mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olub. Seyid bir sıra mübariz ruhlu mahnılar ifa edib: “Ayıl, ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s.

Görkəmli xanəndə yazıçı Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Bir dəfə o, “Molla Nəsrəddin” jurnalının çap olunmamasına görə narahat olub, Mirzə Cəlilə qəzetin çapı üçün tələb olunan pulu yollamış, həmçinin ona qonorar da göndərmişdi.

Ümumiyyətlə, Seyid Şuşinski həm də böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. S.Şuşinski “Cahargah”, “Mahur”, “Nəva”, “Məsnəvi”, “Osmanı”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib yeni variantda oxuyub. “Rast”da və “Kürdi-Şahnaz”da “Dilkəş”i ilk dəfə Seyid Şuşinski ifa edib.

Ömrünün 60 ilini Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına həsr edən Seyid Şuşinski 1965-ci ildə vəfat edib.kult.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar