Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gizirimiz son mənzilə yola salındı

Tarix: 14-04-2019 16:27     Baxış: 3354 A- / A+
Gizirimiz son mənzilə yola salındı


Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu, gizir Abdullayev Hafiz Məhəd oğlu doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib.

Manevr.az-ın sputnikə-ə istinadən məlumatına görə, dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və RİH-in əməkdaşları, habelə hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri, mərhumun komandirləri və hərbçi yoldaşları, eləcə də rayon sakinləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Bayrağı mərhumun atasına təqdim edilib. Yaylım atəşindən sonra Hafiz Abdullayev dəfn edilib.

Xatırladaq ki, mart ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb. O, Qazax rayonu Yuxarı Salahlı kəndinin sakinidir. Onun nəşi bu gün səhər saatlarında doğulduğu kəndə aparılıb.

Qeyd edək ki, Hafiz Abdullayev ailəlidir, 3 övladı var.

***12.01

Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.

Ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.

Bu gün onun nəşi doğulduğu Qazax rayon Yuxarı Salahlı kəndinə aparılıb. H.Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir. O, kənd qəbiristanlığında dəfn olunacaq.

Hafiz Abdullayev ailəli idi, 3 övladı var.

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar