Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Göy üzü günəşli ikən, yağışlar yağdıranım, gəl" - Nazilə Gültacın şeirləri

Tarix: 08-03-2019 14:03     Baxış: 3442 A- / A+
8 Mart onların- zəriflərin günüdü...

"Göy üzü günəşli ikən, yağışlar yağdıranım, gəl" - Nazilə Gültacın şeirləri


Manevr.az bu münasibətlə sağlamlığımızın keşiyində duran, sözü, poeziyası ilə könlümüzü, ruhumuzu oxşayan dəyərli həkim-şair Nazilə Gültacın timsalında bütün qadınlara təbrik ünvanlayır və xanım şairin yeni şeirlərini Sevinc Qəribin təqdimatında oxucuların ixtiyarına verir:




QADIN


Nə çox baxırsan uzaqlara.
Gözlərin də yaşla dolub, deyəsən.
Arzularına bələnmisən.
Xəyalların aparır səni hara?
Sən igidlər qızısan,
mərdlər bacısısan,
oğullar anasısan, qadın.
Sevgini tapmasan da,
sevgidən yarımasan da,
Hər zaman sevgi səni qarabaqara izləyir,
Bəlkə də yol ayrıcında səni gözləyir.
Səndən uzaq düşəli, onun da üzü gülmədi.
Sənin yerin ürəyin dərinliyində,
Sən özün bir dəryasan, qadın.
Əllərini hərdən üzünə çək,
sevincini içinə,
kədərin diksinsin.
Gözlərini göylərdən çək,
buludlar dincəlsin .
Ləçəklərin həmişə şehlidi,
Sən dumanlar içində,
yağmurlar altında
bir çiçəksən, qadın.

MƏNƏ NAGIL DE

Mənə bir nağıl de,-
Məhəbbət nağılı,
İnanım nağılına.
Bir nisgil dayanıb
bizdən o yanda.
Bir həsrət cücərib
sevgi yolunda.
Gecikmiş istəklər
baharı itirmiş,
payızda açılan
çiçəyə bənzər,
Göz yaşı
damcılar ləçəklərindən.
Susma...
Mənə bir nağıl de,
nağıl olmasın.
Qərib yellər əsir üzü düzlərə.
Mənə bir nağıl de,
dağlar haqqında.
Mənə bir nağıl de,
sevgi haqqında
Yoxsa, hönkürəcəyəm.

YOXLUĞUNA İNANDIRMA


Bir səsimə, ünümə yet,
Yoxluğuna inandırma.
Gəl, ömrümə, günümə yet,
Yoxluğuna inandırma.

Solar zərif güllər inan,
Dolar dünya dərdlə, inan.
Ümidlərim ölər, inan,
Yoxluğuna inandırma.

Dözdüm Tanrı qismətinə,
Dözəmmirəm bu qəsdinə,
İnandırdın həsrətinə,
Yoxluğuna inandırma.


GƏL

Ay bu qədər sözü-sovu,
Sinəmə sığdıranım gəl.
Göy üzü günəşli ikən,
Yağışlar yağdıranım, gəl.

Ömrə günü düzmüşəm mən,
Səbrim qədər dözmüşəm mən.
Tənhalıqdan bezmişəm mən,
Mənə qan ağladanım , gəl.

Zalım, çoxdur qəddar, yaman,
Yenə dağlar başı duman,
Ürəymə damıb güman,
Selləri çağladanım, gəl.

Gültacın halı pərişan,
Tale alıb onu nişan,
Uzaqda, gendə dolaşan,
Yolları bağlananım, gəl.


OLDUQ

Biz bir dünya yaradıb,
Bağçasına gül olduq,
Ömrü pərvanə sanıb,
Ocağına kül olduq.

Dumanına bələndik,
Buludundan ələndik,
Nur olub səpələndik,
Qaranlığa yol olduq.

Birgə açıb, bir solduq,
Eşqə divanə olduq,
Varlığına inanıb,
Yoxluğuna qul olduq.


YOLLAR MƏNİ TANIMADI

Getdiyim yollardan döndüm,
uçduğum göylərdən endim,
mən yolları tanısam da ,
yollar məni tanımadı.

Qələm alıb dastan yazdım,
sazlar məni tanımadı.
Güllər, çiçəklər tanıdı,
yollar məni tanımadı.

Yolların yaddaşı yoxmuş,
Yolların insafı yoxmuş.
Yolların vəfası yoxmuş,
Yollar məni tanımadı.

Sevincim yağmura düşüb,
ümidlərim islanıbdı.
Ürəyim çəndi, dumandı,
Yollar məni tanımadı.

Çalardım könül sazımı,
Deyərdim könül sözümü,
Barı sənin ürəyində
mən tapaydım öz izimi.
Bəlkə onda, bəlkə onda
yollar məni tanıyardı.

***


Bitməmiş nəğmə var-
oxumadığın.
Eşidirsənmi?
Buludlar Do,
yollar Re,
yağış Mi,
o tənha ev Lya.
Gündüzümüz Sol,
Gecəmiz Fa.
Həyat dağılmış val qırıqları.
Kaş ki, həyat nəğməsini
Elə Sİ dən başlayaydım.


YOLUM BURA QƏDƏR İMİŞ

Nə zamandı yol gəlirəm,
Yolum sənə qədər imiş.
Qalxammadım dağ döşünə,
Yolum çənə qədər imiş.

Öz- özümdən qaçammadım,
Səni səndən alammadım,
Hey gözlədim, usanmadım,
Dözüm mənə qədər imiş.

Dünya başdan başa kədər,
Bircə damla acı qəhər,
Sevgisi də bəzən hədər,
Kecən günə qədər imiş.

İki ömür bir həyatdı,
Həyat bizləri qocaltdı,
Dən- dən düzülüb, boyatdı,
Sünbül dənə qədər imiş.


***

Səni gördüm,
varlığıma nur çiləndi.
Sənsizliyimi mələklər
aldılar göy üzünə.
Eşqimə qul eylədilər.
Səni gördüm,
ürəyimə tərəf süründüm.
Qarşısında diz çökdüm
məhəbbətimin.
səni mələklər
göndərdi mənə
Eşqimə tuş eylədilər.


Nazilə Gültac

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar