Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Atamın işığından hər kəsə pay düşərdi - ÖVLAD SEVGİSİ

Tarix: 01-03-2019 16:17     Baxış: 2666 A- / A+
Atamın işığından hər kəsə pay düşərdi - ÖVLAD SEVGİSİ


Bizi dünyaya gətirən, bizə həyat bəxş edən valideynlərimiz haqqında danışmaq, xoş söz demək bizim üçün nə qədər asan olsa da, dünyalarını dəyişdikdən sonra onlar barədə xatirə söyləmək, yazmaq çox ağır və ağrılıdı. Təəssüf ki, bu gün mən də sevimli atam, hüquqşünas, ədalət hakmi olaraq həmişə haqqın yanında olan Yaqub Əsgərov barəsində keçmiş zamanda danışmaq məcburiyyətindəyəm.

Atam peşəsinə bağlı, vicdanlı, ədalətli hüquqşunas olmaqla yanaşı, çox mehriban və sadə bir insan idi. Düzgünlüyü və səmimiyyəti ilə hamının rəğbət və sevgisini qazanmışdı. Çalışdığı bütün məhkəmə orqanlarında və digər sahələrdə düzgün iş prinsipiylə hər zaman nüfuz sahibi olub. Dövlətə, millətə, torpağa bağlılığı bütün işlərində əksini tapırdı. Haqq işində dönməzliyi, amalı uğrunda bütün çətinlikləri və maneələri dəf edərək üzüağ, alnıaçıq ailəsinin, millətinin yanında olması qürurverici idi. Şeirə, ədəbiyyata vurğunluğu , qeyri-adi nitq qabiliyyəti ilə də fərqlənirdi atam. Təmkini və sakit görkəmi onun güclü bir insan olduğunu anlamağa mane olmurdu. Məhkəmə orqanlarında zabitəli, sərt görkəmli simalar görməyə adət etmiş insanlarda çaşqınlıq yaradardı atamın nurlu siması. Xoşüz ifadəsi, mülayim baxışları daxili keyfiyyətlərinin üzündəki təzahürü idi. Atam ailəsinə çox bağlı adam idi və ailə dəyərləri onun üçün önəmli idi. “Ailə müqəddəsdir”- deyərdi. İşinin çətin, yorucu və ağır olmasına rəğmən, evə həmişə gülərüz gələr, yorğunluğunu və ağrılarını heç vaxt biruzə verməzdi. Ailəsini, övaldlarını və nəvələrini çox sevirdi. Bütün ailə üzvlərinin evdə olub onu qarşılamasını sevərdi. Hərkəsi öz diliylə danışdırar, dərdinə şərik çıxar, qayğısına qalardı. Anamın bişirdiyi xörəyi iştahla yeyər və “hər zaman olduğu kimi çox dadlı bişirmisən”- deyərdi. İşıqlı adam idi atam. Təkcə ailəsi ilə deyil, dostları, qohumları, tanıdığı bütün insanlarla mehriban və səmimi münasibəti vardı. Hərkəsə işığından pay düşərdi. Vəzifəsindən irəli gələn məqamlarda müdafiəsinə qalxdığı hər-hansı bir işi sonadək ədalətli və insafla yerinə yetirər , nəticəyə nail olardı. Şərəfli bir ömür sürdü atam. Qürur duyuram ki, ulu öndər Heydər Əliyev atamı “dövlətini sevən” hakim kimi xarakterizə etmişdir. Əqidəsinə, amalına dönük çıxmadı heç bir zaman. Bizə miras qoyduğu təmiz adı, böyük kitabxana ,doğru həyat prinsipləri qürur mənbəyimizdir. Ölümündən 12 il ötür. Sağlığında qazandığı sevgi və hörmət ölümündən sonra da haqqında sağmış kimi danışmağa rəvac verir. Yaşasaydı 75 yaşını qeyd edəcəkdik. Çox təəssüf..

Atamın işığından hər kəsə pay düşərdi - ÖVLAD SEVGİSİ


Xatırladım ki, atam Yaqub Qaçay oğlu Əsgərov 1944-cü il mart ayının 2-də Kəlbəcər rayonunun Xallanlı kəndində ziyalı ailəsində anadan olub.1960- ci ildə Kəlbəcər qəsəbə orta məktəbini bitirib, həmin ildən də əmək fəaliyyətinə başlayıb. 1968- ci ilədək o, Kəlbəcər rayon Məhkəməsində iclas katibi, Kəlbəcər qəsəbə orta məktəbində pioner baş dəstə rəhbəri, Bərdə rayonunda çıxan “Kommunizm yolu” qəzetinin xüsusi müxbiri vəzifəsində işləmişdir. Atam işləməklə yanaşı, təhsilini də davam etdirərək 1961- ci ildə o vaxtkı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1967- ci ildə oranı müvəffəqiyyətlə bitirmişdi. Bir müddət Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində müfəttiş işləmişdir. 1971-ci ildən ömrünün axırına kimi atamın həyatı bilavasitə məhkəmə orqanları ilə bağlı olmuşdur. O, 1971-1972- ci illərdə Ədliyyə Nazirliyində məsləhətçi, 1972-1976- cı illərdə isə Naxçıvan MR Ali Məhkəməsinin üzvü, Şərur rayon xalq hakimi, 1976-1981-ci illərdə Gəncə şəhər məhkəməsinin hakimi, 1981-1987- ci illərdə Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin sədri, 1987-1988- ci illərdə Bərdə rayon Məhkəməsinin sədri vəzifələrində işləmişdir. 1988- ci ildə Azəərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilən atam Yaqub Əsgərov 2000-ci ildə Ali Məhkəmənin Mülki işlər üzrə məhkəmə kollegiyasının sədri, Ali Məhkəmə sədrinin müavini, 2006- cı ildən həyatının sonuna kimi isə Ali Məhkəmənin hakimi vəzifələrində çalışmışdır. Atam 2007-ci il noyabr ayının 13-də haqqın dərgahına qovuşmuşdur.

Şəfəq Yaqubqızı

Xəbəri paylaş







Müəllif: Cahid
Tarix: 2 mart 2019 12:07
Allah rəhmət eyləsin, çox humanist, xeyirxah insan idi
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar