Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Allahdan ən çox qorxan, alimlərdir” - NİYƏ?...

Tarix: 10-02-2019 22:36     Baxış: 2583 A- / A+
“Allahdan ən çox qorxan, alimlərdir” - NİYƏ?...


Prezident İlham Əliyev bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqda fərman imzalayıb. Bu Mərkəzin açılmasına çox sevindim. Belə bir Mərkəzin açılmasına sosial tələbat var idi. Bəlkə də 100 il öncə açılmalı idi... Səbəbini bir neçə misalla izah edim.
Bizim tez-tez eşitdiyimiz bir mahnıda deyilir: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim". Hər bir yeni mədəniyyət nümunəsi milli dəyərlərimizə töhvə verməlidir. Bu mahnı zərərli milli dəyər kimi, geriliyə çağırır. Diqqət yetirin, görun ki, bu hissləri Qərb necə izhar edir. İsveçin "ABBA" pop qrupunun “I have a dream” mahnısında deyilir: “Hətta uğursuzluğa uğrasan belə, sən gələcəyi düşünməlisən” (You can take the future even if you fail). Bu mahnıda hədəfə gələcək (Aya getmək, Marsda şəhər salmaq və s.) götürülür. Bizim mahnı isə geriyə baxmağı təbliğ edir. Geridə nə var? Mağara. Bu səbəbdən də ölkənin hər yerində və Bakıda çox sayda “mağara tipli” katabxanalar görürük.

İnanıram ki, bu Mərkəz sosial həyatımızda qarşılaşdığımız problemlərin həllində həm dövlətimizə, həm də cəmiyyətimizə dəyərli elmi- fəlsəfi məsləhətlər verəcəkdir.
Növbəti bir misal: Bu "sustainable development" termininin dilimizə tərcüməsi ilə bağlıdır. Bu termin Qərbdə yaranıb və təbii sərvətlərin talançılığının qarşısını almaq üçündür. Üç ildir ki, bu termini "dayanıqlı inkişaf" kimi istifadə edirik. Əslində isə "davamlı inkişaf" kimi istifadə etməliyik. Bu termin baza termini olduğu üçün onu düz tərcümə etmək lazımdır.
Əlavə bir misal da çəkmək istəyirəm: Sosial həyatımızda məntiqdən- kənar fikirlər çoxdur. Fevralın 8-də Azərbaycan İlahiyyat İnstitutunun yaranmasının bir ili təntənəli şəkildə qeyd edildi. Təbriklər və maraqlı çıxışlar çox oldu. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayevin çıxışının bir məqamı məni heç qane etmədi. Çünki, din xadimi Qurana istinadən dedi ki, “Allahdan ən çox qorxan, alimlərdir”. Hesab edirəm ki, burada da ciddi tərcümə xətası var. Mən başa düşmürəm alim Allahından niyə qorxmalıdır?

Məntiqə görə sonsuz biliyə malik olan Allahımız heç zaman istəməz ki, onun alimləri ondan qorxsunlar. İstər ki, alimlər onu sevsin və hamıdan daha çox sevsin! Bu tərcümə xətasıdır və düşünən insanları Allahdan uzaqlaşdırır. Din məhəbbətlə qorxuya qalib gəlməlidir.Tədbir qurtaranda Dağ Yəhudiləri İcmasının sədri cənab Milix Yevdayevdən soruşdum:
- Tövratda belə ayə varmı ki, alimlər Allahdan qorxmalıdırlar?
-Yox,- cavabını aldım. Elmdə "psevda alimlər" kef etdikləri kimi, deyəsən, mənəvi həyatımızda da "psevda dindarlar" da kef edirlər. İnanıram ki, Sosial Tədqiqatlar Mərkəzi ictimai mühitin aydınlaşmasına da öz töhvəsini verəcəkdir.
Belə misallar minlərlədir. Ancaq bu misallar da kifayətdir ki, Sosial Tədqiqatlar Mərkəzinin açılmasını alqışlayaq. Sosial şəbəkələr, konfranslar vasitəsi ilə belə qüsurları düzəltmək müşkül məsələdir. Ancaq bu Mərkəz sosial sahədə mövcud olan boşluqları doldurmaq üçün əhəmiyyətli işlər görəcəkdir.

Prof. Şahlar Əsgərov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar