Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ayaz Mütəllibov vitse-prezident olsun - partiya sədrindən təklif

Tarix: 10-08-2016 15:47     Baxış: 3607 A- / A+

Ayaz Mütəllibov vitse-prezident olsun


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev maraqlı təkliflə çıxış edib

Partiya sədri mia.az-a açıqlamasında bildirib ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərdən sonra təsis olunacaq vitse-prezident kürsüsünə layiqli namizədi var. Onun sözlərinə görə, bu posta təcrübəli, həm ölkə daxilində, həm də xarici dövlətlər tərəfindən qəbul olunan şəxsin olması daha məqbuldur:

"Hesab edirəm ki, vitse-prezident vəzifəsinə ən layiqli namizədlərdən biri keçmiş prezident Ayaz Mütəllibovdur. Ayaz Mütəllibov həm təcrübəli adamdır, həm də iqtisadiyyat sahəsində kifayət qədər savadı, qabiliyyəti var. Özü də ölkənin prezidenti olub. Az vaxt olsa da, ölkənin bütün sahələrinə, potensialına yaxşı bələddir. Onun kimi bir şəxsin vitse-prezident olması ümumi maraqlarımıza uyğundur. Mən əvvələr onunla bir yerdə işləmişəm. İş prinsiplərinə də bələdəm. Kifayət qədər idarəetmə təcrübəsi var. Müqayisə aparsaq, indiki məmurlardan bir neçə dəfə üstündür".

Ayaz Mütəllibov vitse-prezident olsun

Ayaz Mütəllibov vitse-prezident olsun

Partiya sədri onu da nəzərə çatdırıb ki, A.Mütəllibovun regionda da müəyyən nüfuzu var. Onun sözlərinə görə, Mütəllibovun Rusiya ilə münasibətlərinin yaxşı olması da önəmli faktorlardandır.

"İnsanlara qarşı qərəzli yanaşmaq lazım deyil. Mən hər şeyə tərəfsiz baxıram. Mütəllibov vitse-prezident kürsüsünə layiqli şəxsdir. Onun ölkə daxilindəki regional nüfuzunu da nəzərə almaq lazımdır. Mənsub olduğu və dəstəkləndiyi regionun maraqlarının təmin edilməsi baxımından da Müiəllibovun vitse-prezidet olması müsbət addım olar. Hər halda, referendum olsun, dəyişiklik həyata keçsin. Ondan sonra Prezidentin səlahiyyətində olan məsələdir. Yəqin ki, əziz qardaşım mənim bu təklifimi diqqətdə saxlayar"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar