Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Məlik Məleykə Əsədovaya 1000 manat ödəməlidir – “Məni və ailəmi alçaltdı”

Tarix: 14-05-2018 15:55     Baxış: 4440 A- / A+
Ramiz Məlik Məleykə Əsədovaya 1000 manat ödəməlidir – “Məni və ailəmi alçaltdı”
Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin Nəsimi Rayon Məhkəməsinin qərarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti araşdırılıb.
Prosesdə çıxış edən M.Əsədova həmkarının onu mətbuat vasitəsilə təhqir etdiyini bildirib: “Səkkiz aydır əsəb keçirirəm. Ramiz Məlik məni mətbuatda alçaldıb, təhqir edib. O, hətta mənim ailəmi alçaldıb”.
M.Əsədovanın vəkili Ceyhun Yusifov da çıxışında deyib ki, R.Məlikdən 200 min manat təzminatın tutulmasını və mətbuatda təkzib verməsini istəyib.
R.Məlik isə çıxışında deyib ki, evdə olmayan zaman M.Əsədova zəng edib, ailəsini təhqir edib: “Hətta söyləyib ki, qız nəvəmi də oğurlatdıracaq”.

M.Əsədova isə onun dedikləri ilə razı olmadığını, R.Məlikin yalan danışdığını qeyd edib.

R.Məlikin vəkili Türkel Süleymanlı çıxışında söyləyib ki, müvəkkili heç bir KİV-ə müsahibə verməyib. O, qarşı tərəfin iddiasının təmin edilməməsini istəyib.

Məhkəmənin qərarına əsasən, R.Məlik mətbuatda təkzib verəcək və M.Əsədovaya 1000 manat məbləğində pul ödəyəcək.

Qeyd edək ki, M.Əsədova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, R.Məlik tərəfindən şərəf və ləyaqətinin təhqir olunmasına görə 200 min manat məbləğində təzminat tələb edib.

R.Məlikin vəkili T.Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın da R.Məliki təhqir etdiyini deyib və buna görə 300 min manatlıq təzminat istəyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar