Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Havaya "nəzarət" edən prezident - BU XƏBƏR HAMINI GÜLDÜRDÜ

Tarix: 13-12-2017 22:08     Baxış: 4746 A- / A+
Havaya "nəzarət" edən prezident - BU XƏBƏR HAMINI GÜLDÜRDÜ


Ölkə mətbuatı Kimi fəal vulkanın başına çıxardı.

ABŞ prezidenti Donald Trampla bir-birinə verdikləri adlar, dünyaya meydan oxuması, nüvə sınaqları, son olaraq da "İsrail dövlətdir ki, paytaxtı da olsun?" sözləri ilə gündəmə gələn Şimali Koreya lideri Kim Çen In barəsində çıxan xəbər hər kəsin gülüşünə səbəb olub. İstiPress-in məlumatına görə, ölkə mətbuatı onu hava proqnozuna nəzarət edən insan kimi təqdim edib.

Şimali Koreyanın sərhəddindəki 2,7 km-lik aktiv bir vulkanın təpəsində, açıq havada fotoları yayılandan sonra Kimin daha bir "super gücü" ortaya çıxıb. Qeyd edək ki, fotolarda adi palto və klassik ayaqqabıda olan prezidentin Paektu dağında (Koreya Xalq Demokratik Respublikasının və Çinin sərhədində yerləşən aktiv vulkandır. Dağ dəniz səviyyəsindən 2744 m hündürlüyə malikdir) gəzdiyi görünür. Mərkəzi Xəbər Agentliyi (KCNA) onun dağda 2 km-lik yürüş etdiyini iddia edib və yaxşı havanın da Kimin varlığından qaynaqlandığını yazıb. KCNA daha da irəli gedərək onu "təbiətə nəzarət edən adam" adlandırıb. Gəzinti günü dağda olan "benzəri görülməmiş gözel hava"ya da onun təsir etdiyi yazılıb.

Xatırladaq ki, bu agentliyin prezidentləri barədə yazdıqları ilk gülünc xəbər deyil. Daha öncə də Kim Çen Inın yaradıcılığı, uğurları ilə bağlı qəribə məlumatlar yayılıb. Belə ki, prezidentin arxeoloqlar ilə birlikdə tək buynuzlu at sığınacağı tapdığı, 3 yaşında maşın sürməyi öyrəndiyi, hətta QİÇS, Ebola, xərçəng kimi xəstəlikləri sağaldan möcüzə dərmanı tapmaqda köməkçi olduğu qeyd edilmişdi.

Kim ailəsi ilə bağlı yayılan qəribə xəbərlər ancaq hazırki prezidentin adı ilə bağlı deyil. Daha öncə də onun atası Kim Çen İlin hamburgeri kəşf etdiyi, sehirli gücə sahib olduğu üçün heç vaxt tualetə getmədiyi kimi xəbərlər yayılmışdı.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar