Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Meyitdən orqan köçürülməsi üzərində iş aparılır

Tarix: 13-12-2017 13:19     Baxış: 5304 A- / A+
Meyitdən orqan köçürülməsi üzərində iş aparılır
"Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na qaraciyər köçürülüb".

Manevr.az report-a istinadən xəbər verir ki, bunu xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əməliyyat olunan xəstələrin 22 faizi uşaqlardır: "Onların ən kiçiyinin 5 yaşı var. Bu il əməliyyatdan sonra ölən xəstə olmayıb. Təəssüf ki, xəstələrin sayı artsa da, donorların sayı az və tərs mütənasibdir. Donor hovuzunun artırılma yollarından ən geniş yayılmış olanı meyit orqanlarından istifadədir".

M.Kazımi qeyd edib ki, donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyasını icra ediblər: "Yəni xəstələr öz aralarında qan qruplarına uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu, əsasən, II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il bir cütə belə əməliyyat icra olunub. Üç cüt də buna hazırlaşır və yəqin ki, gələn il də onlar əməliyyat olunacaqlar".

O əlavə edib ki, hazırda ehtiyacı olan xəstələrə dövlət tərəfindən meyit orqanlarının köçürülməsini nəzərdə tutan konsepsiya hazırlanır.

Şöbə müdiri bildirib ki, Gürcüstandan 9 xəstə, Rusiyadan isə 1 nəfər orqan köçürülməsi əməliyyatı keçirmək üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar