Xəbər lenti
16-10-2017
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt məhkəməsində 3 yaşlı uşağın ölüm səbəbi araşdırılır -müstəntiqin ifadələri dəyişdirməsi iddia olunur

Tarix: 12-10-2017 16:38     Baxış: 438 A- / A+
Sumqayıt məhkəməsində 3 yaşlı uşağın ölüm səbəbi araşdırılır

Oktyabrın 11-də Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qənbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən tibb bacısı Röya Əliyeva bildirib ki, həmin xəstəyə o baxmayıb: “O xəstə mənim xəstəm olmayıb. Mən o uşağı və onun valideynini axşam saatlarında görmüşəm. Axşamüstü palatasının ağzından keçərkən uşağın səsini eşitdim, baxdım ki, əhvalı xoşagələn deyil. Bu barədə lazımı şəxslərə xəbər verməyə çalışdım. Ümumiyyətlə, uşağın anası ilə onun səhhəti ilə bağlı heç bir söhbət olmayıb".

Tibb bacısının istintaqa verdiyi ifadəsi oxunarkən onun məhkəmədə verdiyi ifadə ilə eyni olmadığı məlum olub. Bununla bağlı sualı cavablandıran R. Əliyeva deyib ki, mən müstəntiq tərəfindən iki dəfə çağırılmışam. Birinci dəfə yay aylarında, ikinci dəfə isə payız idi, soyuq ayların birində: “Müstəntiq mənə dedi ki, şəxsiyyət vəsiqəsilə bağlı gəlməliyəm. Bu zaman o mənə bir sənədə qol çəkdirdi və dedi ki, birinci ifadəmin kopyasıdı. Ona görə də oxumağa ehtiyac yoxdu”.

Şahidin sözlərinə görə, hadisə günü saat 21:00 radələrində o, palataya girərkən, Arzu Qurbanlını arxası üstə uzanmış vəziyyətdə görüb.

Digər şahid, klinikada baş tibb bacısı vəzifəsində işləyən Ləzifə Xəlilova ibtidai istintaqdakı ifadəsini təkzib edib. O bildirib ki, anesteloji vəsaitlər jurnalında düzəlişlərin aparılmasından xəbəri olmayıb: "Bu halı yalnız müstəntiq öz otağında mənə dedi. Orada yazılıb ki, guya mən jurnalın saxtalaşdırılmasından xəbərdar olmuşam, hətta tibb bacısı Rəhimə Abdullayevaya jurnalda saxtakarlıq etdiyinə görə irad tutmuşam. Halbuki bu yalandır. Mənim heç nədən xəbərim olmayıb və Rəhimə Abdullayevaya heç nə deməmişəm. Mən orada düzəlişin, qaralamanın olduğunu prokurorluqda gördüm".

Şahidin ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə zalında oxunarkən L. Xəlilova etiraz edərək orada yazılanların ona aid olmadığını və ümumiyyətlə, həmin tarixdə ifadə vermədiyini bildirib: “Mən izahatda göstərildiyi kimi, avqustun 25-də müstəntiqin yanında olmamışam, bu doğru deyil. Mən istintaqa cəmi bir dəfə çağırılmışam, oraya da anamla birlikdə getmişəm. Dəqiq yadımdadı ki, biz oraya noyabrın axırları, dekabrın əvvəlllərində getmişik. Mənim üzərimdə qış geyimləri olub”.

Növbəti məhkəmə prosesi oktyabrın 18-ə təyin edilib.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

İ.Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib.




Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar