Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya XİN: Neft bazarında kartel sövdələşməsinin əlamətlərini görmürük

Tarix: 04-05-2020 13:33     Baxış: 2158 A- / A+
Rusiya XİN: Neft bazarında kartel sövdələşməsinin əlamətlərini görmürük


Rəsmi Moskva qlobal neft bazarında qiymətlərin düşməsində kartel sövdələşməsinin əlamətlərini görmür.

RİA "Novosti"nin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.

Onun sözlərinə görə, dünyada iqtisadi fəallığın azalmasına və buna uyğun olaraq enerji daşıyıcılarına olan tələbin kəskin dərəcədə enməsinə koronavirus pandemiyası amilinin güclü təsiri açıq-aydın görünür. Bundan əlavə, bu prosesdə fyuçers müqavilələri və digər maliyyə alətləri ilə spekulyativ oyunlar da mühüm rol oynayıb.

"Bunları nəzərə alsaq, hər hansı kartel sövdələşməsi haqqında danışmağa dəyməz", - deyə A. Pankin qeyd edib.

Xatırladaq ki, bu ilin aprel ayında bazarın tarazlaşdırılması məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar