Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Nazir Mikayıl Cabbarovun müavininə qarşı bu hərəkəti təqdir edildi

Tarix: 26-04-2020 05:03     Baxış: 3202 A- / A+
Nazir Mikayıl Cabbarovun müavininə qarşı bu hərəkəti təqdir edildi

Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun keçirdiyi brifinqdə diqqət çəkən maraqlı məqam olub.

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, nazir çıxışının ilk hissəsini bitirdikdən sonra masanın üzərində olan stəkanına əl uzadıb. Bu zaman nazirin sol tərəfində əyləşən müavini Sahib Məmmədov əlini uzadaraq suyu süzmək istəyib. Lakin nazir jestləri ilə Sahib Məmmədovdan bunu etməməsini istəyib. Sonra nazir özü suyu stəkana süzərək içib.

Mikayıl Cabbarovun bu reaksiyası jurnalistlər tərəfindən müsbət qarşılanıb və təqdir edilib. Mətbuat konfranslarında və rəsmi görüşlərdə həmişə sadəliyi ilə diqqət çəkən nazir bu hərəkəti ilə özünü tabeliyində olan şəxslərdən üstün hesab etmədiyini də nümayiş etdirib.

Mətbuat konfransında diqqət çəkən başqa bir məqamsa Mikayıl Cabbarovun rəhbəri olduğu nazirliyin əməkdaşlarına "həmkarım" deyə müraciət etməsidir. Nazir bununla çalışdığı hər kəsi, vəzifəsindən asılı olmayaraq, özü ilə eyniləşdirib.

Mikayıl Cabbarov brifinqdə suallar ünvanlanan zaman müvafiq olaraq müavinlərini, nazirliyin şöbə müdirlərini "həmkarım cavab verəcək", deyərək media nümayəndələrinə təqdim edib və sualları cavablandırmalarını xahiş edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar