Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Maaşların artırılmasından sonra qiymətlər artacaq? - Ekspertdən AÇIQLAMA

Tarix: 02-09-2019 16:18     Baxış: 4205 A- / A+
Maaşların artırılmasından sonra qiymətlər artacaq? - Ekspertdən AÇIQLAMA

"Maaşların artırılmasından sonra qiymətlərin artması gözlənilir. Düzdür, burada psixoloji gözləntilər də var ki, daha çox pul dövriyyəyə girəcəksə, bu infliyasiyanı və qiymət artımını sürətləndirəcək. Buna baxmayaraq qiymət artımı üçün obyektiv səbəblər də var".

Manevr.az xəbər verir ki, bu sözləri yeniavaz.com-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, dövlət tərəfindən bazar qiymətlərinə müdaxilə edilməsi səhv addımdır: "Biz bu təcrübəni sovet dövründə də yaşamışıq. Necə ki insanlar bu zaman məhsulları talon vasitəsilə almağa məcbur olmuşdu.
Azərbaycanda bazar iqtisadiyyatı qaydalarını tam mənası ilə tətbiq edə bilsək və bu qaydalar çalışmağa başlasa, qiymətlər bazarın qaydalarına uyğun tənzimlənsə bu hal qalıcılaşar ki, bu da vətəndaşların mənafeyinə xidmət edər. Söhbət rəqabətli mühitin artmasından, istehsalın genişləndirilməsindən, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artmasından - yəni məhsul bolluğundan gedir. İqtisadiyyatın qızıl qaydalarından biri tələb və təklif arasında qiymətin formalaşması qanunudur və bu Azərbaycanda təəssüf ki, çox zaman işləmir. Əsasən idxal mallarında olmaqla inhisarçılıq məsələləri ortaya girir, bazara nəzarətin bir neçə şirkətin əlində olduğu üzə çıxır ki, bunlar da süni qiymət artımına zəmin yaradır".
Ekspert Azərbaycanda "bayramqabağı" qiymət artımlarının səbəbini isə qış aylarında yerli məhsulların bazarlarda azalmasını göstərib: "Adətən oktyabr ayının sonu, noyabr ayının əvvəllərindən etibarən artıq bazarlarda mövsümlə əlaqədar olaraq yerli məhsullar azalmağa başlayır və əvəzini idxal mallar tutur. Təqribən dekabr ayının əvvəllərindən başlayaraq isə Yeni il bayramı ərəfəsinə qədər kəskin qiymət artımları müşahidə olunur. Ümumiyyətlə Azərbaycanda Yeni il və Novruz bayramları ərəfəsində belə qiymət artımları artıq ənənə halını alıb".
N. Cəfərli bildirdi ki, süni qiymət artımlarının qarşısnın alınması üçün yeni iqtisadi həmlələr edilməlidir: "Bunun qarşısını almağın yolu inzibati deyil, bunun qarşısını almağın yolu bazarda oyunçuların sayının artırılması üçün güzəştli təşviq addımlarının atılması və gömrük siyasətinin liberallaşdırılmasıdır. Bax bu iqtisadi həmlələr, rəqabətli mühitin genişləndirilməsi yolu ilə bazra dövlət tərəfindən dolayı müdaxilələr daha effektiv və qalıcı olur ki, bu da bazarda qiymətlərin artımını tənzimləyən əsas iqtisadi faktora çevrilir".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar