Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dollar kreditlərinə görə kompensasiya vətəndaşların kart hesablarına köçürüləcək

Tarix: 01-03-2019 14:29     Baxış: 4189 A- / A+
Azərbaycanda dollar kreditlərinə görə kompensasiya vətəndaşların kart hesablarına köçürüləcək


Prezident İlham Əliyevin ötən gün imzaladığı, "Fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mərkəzi Bankı və banklar birlikdə hər bir vətəndaşın yeni qaydada kredit öhdəliyini və yaxud ona ödənilməli olan kompensasiyanın məbləğini hesablayacaq.


Manevr.az
report-a istinadən bildirir ki, bu barədə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əldə olunan məlumatlar fərdi qaydada vətəndaşlara çatdırılacaq. Bundan sonra borcluların bir qismi banklara dəvət olunacaq.

"Vətəndaşlar bir halda banka dəvət olunacaq. Əgər onların kredit qalığı qalırsa, daha uzun müddətə və illik 1%-lə yeni kreditlə əvəzlənəcək. Banklara ödəniş etmiş vətəndaşlar isə rahat olsunlar. Onların vəsaitləri kredit kartı hesablarına köçürüləcək. Sərəncamla ayrılan vəsait kredit məbləği 10 min dollar və yaxud 17 min manata qədər olan və ödəniş müddəti 360 günü keçən kreditlərin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Bu kreditlərin faizləri, dəbbə pulları, cərimələri ilə birlikdə silinəcək", - N.Əmirov qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar