Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq nazir ölkədən çıxarılan milyardları geri qaytarmağın yolunu göstərdi

Tarix: 14-11-2018 20:31     Baxış: 3222 A- / A+
Sabiq nazir ölkədən çıxarılan milyardları geri qaytarmağın yolunu göstərdi



Saleh Məmmədov: “Hökumət dərhal hərəkətə keçməlidir…”


Beynəlxalq Bank olayları və Zamirə Hacıyevanın üzləşdiyi vəziyyət Azərbaycandan xaricə qanunsuz yollarla çıxarılan böyük həcmdə vəsaitlərin taleyi ilə bağlı narahatlıqları artırıb. Bir çox mütəxəssislər həmin vəsaitlərin geri qaytarılması üçün hökumətin maliyyə amnistiyası tətbiq etməli olduğunu bildirirlər.

Onların fikrincə, Azərbaycandan qanunsuz yollarla çıxarılan vəsaitlərin həcmi milyardlarla dollarla ölçülür və onun geri qaytarılması üçün amnistiya ən effektiv yoldur.

Maliyyəçi-professor, sabiq maliyyə naziri Saleh Məmmədov isə hesab edir ki, bu, sadə amnistiya ilə həll olunacaq bir məsələ deyil: “Çox dərin və geniş miqyaslı bir porblemdir. Hətta bu gün Britaniyada adı hallanan Zamirə Hacıyevanın apardığı pulların belə ölkəyə qaytarılması çox çətin məsələdir. Yalnız Z.Hacıyeva deyil, əksəriyyət məmurların London və digər inkişaf etmiş ölkələrin hamısında əmlakı və hesabları var. O pullar Azərbaycandan qeyri-qanuni çıxarılmış pullardır və ölkəyə qaytarılmalıdır”.

S.Məmmədov deyir ki, ikinci vacib məsələ Azərbaycandan çıxarılan qanuni yollarla qazanılmış pullardır: “Həmin pullar xarici ölkələrə qeyri-qanuni yollarla daxil olub. Bunun da bir əsas səbəbi var: bizim qanunvericilikdəki çatışmazlıqlar. Bu gün Azərbaycandan xarici ölkələrə investisiya yatırılmasını tənzimləyən hər hansı qanunverici baza yoxdur. Vəsaitlərin necə çıxarılması, hansı vergilərə cəlb olunmasını müəyyən edən konkret sənədlər qəbul olunmayıb. Ona görə də əksəriyyət qanuni yollarla qazanmış pullarını xaricdə investisiya yatırmaq üçün qeyri-qanuni yollardan istifadə edir. Belə hallar olduqca çoxdur. Bu gün qanuni yollarla qazanılıb xaricə yatırılan pulların 90-95 faizi ölkədən qanunsuz yollarla çıxarılıb. Bu pullar getdikləri ölkələrdə ikiqat qanunsuz hesab olunur. Çünki mənbəyini sübut edən sənədlər təqdim etmək mümkün olmur”.

Professorun sözlərinə görə, hazırda ölkədən çıxarılan pulların geri qaytarılması olduqca çətindir: “Birinci qisim pullar – burada qanunsuz yollarla əldə olunaraq kənara daşınan vəsaitlərlə bağlı Azərbaycan dövləti burada cinayət işi qaldırmalı, onların Azərbaycan dövlətinə məxsus olduğunu sübut etməlidir. Belə pullar Sinqapur, Cənubi Koreya, Yaponiyadan tutmuş İsrailə, Londona, İsveçrəyə qədər bütün dünya ölkələrinə daşınıb, müxtəlif sahələrə yatırılıb. Dövlətin üzərində olan əsas vəzifə xüsusi komissiya yaradıb o pulların məbləğini müəyyənləşdirmək, onların Azərbaycan xalqından oğurlandığını isbatlamaq üçün fəaliyyətlərə başlamaq olmalıdır. Əldə olunan bütün sübutlar pulların aparıldığı ölkələrin hüquq-mühafizə orqanlarına təqdim edilməlidir. Eyni zamanda xaricə vəsait aparan belə şəxslərlə danışıqlara başlayıb, onlara vəsaitləri könüllü olaraq geri qaytaracaqları təqdirdə həbs olunmayacaqlarına təminat verilməlidir. Buna gedilməyəcəksə, o pullar bütünlüklə əldən çıxacaq. Söhbət çox böyük pullardan gedir. Z.Hacıyevanın apardıqları dəryada bir damladır”.

Burada qanuni yollarla qazanılıb qanunsuz yollarla ölkədən çıxarılan pullara gəlincə, S.Məmmədovun sözlərinə görə, hökumət ən qısa müddətə müvafiq qanunvericiliyi formalaşdırmalıdır: “Qanunvericilik elə olmalıdır ki, bu gün istənilən Azərbaycan vətəndaşı qanunun tələb etdiyi vergini ödəyərək öz vəsaitlərini istədiyi xarici ölkəyə yatıra bilsin. Belə bir sərbəstlik olacaqsa, heç kim vəsaitini ölkədən qanunsuz çıxarmayacaq. Çünki belədə vəsaitlərin mənbəyini göstərmək mümkün olmur və getdiyi ölkədə onlar daim risk altında olur. Hazırda bütün dünya ölkələrində mənbəyi məlum olmayan pullarla bağlı mübarizə tədbirləri sərtləşdirilir. O pullar xarici ölkələrdə aşkarlanaraq müsadirə olunmaq təhlükəsi ilə üz-üzədir. Buna görə də hökumət vaxt itirmədən qanunvericiliyi təkmilləşdirməlidir. Qeyd edim ki, eyni problem Rusiyada da mövcuddur. Məmurların və biznes adamlarının ölkədən Avropa və ABŞ-a qanunsuz çıxardığı vəsaitlərin həcmi 1,7 trilyon dollar hesablanır. Onların bir çoxuna müxtəlif dövlətlərdə əl qoyulub. Elə Böyük Britaniyada başladılan prosesin içində Rusiya mənşəli pullar üstünlük təşkil edir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar