Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hazır olun! Azərbaycanda yeni devalvasiya dalğası - EKSPERTDƏN PROQNOZ

Tarix: 14-11-2018 17:18     Baxış: 3513 A- / A+
Hazır olun! Azərbaycanda yeni devalvasiya dalğası - EKSPERTDƏN PROQNOZ

"Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri, büdcə gəlirləri və xarici ticarəti kəskin şəkildə neftin qiymətindən asılıdır. Azərbaycan neft qiymətlərindən kifayət qədər asılı ölkədir. Hətta deyərdim ki, dünyada Venesuela və Nigeriya ilə birlikdə neftdən ən çox asılı üç ölkədən biriyik. Bütün makroiqtisadi və rəsmi göstəricilər bunu sübut edir". Bunu sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli dünyada neftin qiymətinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına mümkün mənfi təsirlərindən danışarkən deyib.

Azərbaycan iqtisadiyyatı üçün ciddi təsirlər

Onun sözlərinə görə, Azərbaycanın xarici ticarətində neft məhsulları və təbii qazın payı 90% civarındadır: "Bu gün Milli Məclisdə I oxunuşda təsdiqlənən gələn ilin büdcəsinin formalaşmasında vəsaitlərin 50%-i birbaşa Azərbaycan Respublikası Dövlət Neft Fondundan götürüləcək. Bu isə 11,5 milyard manat deməkdir. Yerdə qalan 50%-in 15%-i neft sektorundan gələn gəlir vergisidir, vergi növlərindən toplanır. Deməli dövlət büdcəsinin birbaşa 60%-i sırf neftdən asılıdır. Əgər neftdən belə ciddi asılılıq varsa, təbii ki, neftin qiymətlərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün çox ciddi təsirlərə malikdir".

Manatın məzənnəsinə ciddi təhdidlər olacaq

Ekspert qeyd edib ki, son zamanlar neftin qiymətinin düşməsi trendinin baş verməsi və gələcəkdə bunun davamlı olması ehtimalı kifayət qədər yüksəlir: "Bu da ona gətirib çıxara bilər ki, Azərbaycanın gəlirlərinin ciddi şəkildə azalmasını müşahidə edə bilərik. Gəlirlərin azalması həm büdcə parametrlərinin yerinə yetirilməsində, gəlir hissəsinin doldurulmasında, sosial layihələrdə, bir çox başqa məsələlərdə, o cümlədən manatın məzənnəsinin saxlanılmasında da ciddi təhdidlər yaradacaq".

Gəlirlər azala bilər


N. Cəfərlinin fikrincə, gələn ilin büdcəsində neftin 1barelinin qiymətinin 60 dollardan götürülməsi əlavə risklər yaradır: "Çünki ötən ilin büdcəsində neftin qiyməti 45 dollardan hesablanmışdı, bu, kifayət qədər konservativ, ehtiyatlı və doğru yanaşmaydı. Hazırda büdcə parametrlərində neftin qiymətinin 60 dollaradək qaldırılması ciddi risk yaradır, çünki neftin qiymətinin 60 dollardan aşağı düşməsi büdcənin gəlir hissəsində kəsirin yaranmasına səbəb olacaq. Bu da öz növbəsində nəzərdə tutulmuş bir çox layihələrin həyata keçirilməsində maneəçilik törədə bilər".

Manatın məzənnəsini saxlamaq mümkün olmayacaq

O vurğulayıb ki, neftin kəksin ucuzlaşması digər tərəfdən manatın məzənnəsinə basqıların artmasına səbəb ola bilər: "Buna görə də gələn il hər şey yenə də neftin qiymətlərindən asılı olacaq. Əgər kəskin enişlərin olması ehtimalı yüksələrsə, Azərbaycan iqtisadiyyatında ciddi dalğalanmalar müşahidə ediləcək. Hətta belə bir proqnozlar səslənir ki, gələn il neftin optimal qiyməti 40-45 dollar civarında olacaq. Belə olarsa, manatın məzənnəsini inzibati qaydada indiki səviyyədə saxlamaq getdikcə çətinləşəcək".

Maaşlar daha az artırıla bilər

Lakin iqtisadçı 2019-cu ildə təqaüdlərin, maaşların ödənilməsində ciddi problemlərin olacağını düşünmür: "Ola bilsin ki, bu sahədə artımların həcmi az olsun. Yəni təqaüdlər və əmək haqları nəzərdə tutulduğundan daha az artırılsın. Ən azından gələn il elə ciddi problem yaranmayacaq. Neft Fondunda və Mərkəzi Bankda hələlik kifayət qədər ehtiyatlar var. Gələn il neftin qiymətləri kəksin düşsə belə, sosial müavinətlərin, əmək haqlarının, pensiyaların ödənilməsində ciddi problemlər yaşanmaya bilər. Lakin neftin qiymətinin ucuzlaşması davamlı ha alırsa, 2019-cu ildən sonrakı büdcənin parametrlərində yenidən düzəlişlər ola bilər. Ya büdcənin xərclər hissəsi azaldıla bilər, ya da sosial layihələrə ayrılan xərclər azaldıla bilər".

Azərbaycan neftdən asılı vəziyyətdən çıxa bilmir


Onun sözlərinə görə, əsas fəlsəfi problem ondan ibarətdir ki, Azərbaycan 25 ildən artıq müstəqillik dövründə həmişə neftdən asılı vəziyyətdən çıxa bilmir: "Kifayət qədər xeyli müddət keçib, amma neftdən asılılıq azalmayıb. Hətta gələn ilin büdcəsində neftdən asılılıq son illərin ən yüksək göstəricisinə çatıb. Budur əsas problem. Neftin qiymətini biz müəyyənləşdirmirik, xarici faktordan, yəni dünya bazarlarından asılıdır. Dünya bazarlarındakı vəziyyətdən asılı olaraq Azərbaycan iqtisadiyyatı neftin qiymətlərinə görə kifayət qədər həssas və qırılğan vəziyyətə düşür. Neftdən asılılığın azaldılması üçün bu günədək ciddi iş görülməyib".

Neftə maraq azalıb

N. Cəfərli hesab edir ki, neftin qiymətinin ucuzlaşması və ya bahalaşmasına təsir edən həm siyasi, həm iqtisadi faktorlar var: "Amma qalıcı olan və daim təsir göstərən iqtisadi faktorlardır. Son hesabatlar göstərir ki, dünyada neft istehlakı istənilən səviyyədə artmır, ancaq hasilat kəskin şəkildə artır. Təkcə Səudiyyə Ərəbistanı və Rusiya sentyabr-oktyabr aylarında birlikdə neft hasilatını 900 min barel artırıblar. ABŞ-da neft hasilatı son 2 ildə 3 milyon barel artıb. ABŞ-da gündəlik hasilat 8,6 milyon bareliydi, indi isə 11,5 milyon bareldir. Kanadada isə son 3 ildə 1 milyon barel artım müşahidə olunur. Dünyada yeni texnologiyaların daha çox geniş yer alması neftə tələbatı azaldır".

Qeyd edək ki, "Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti cari ilin 16 mart tarixindən bu yana ilk dəfə olaraq 65 dollardan aşağı düşüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar