Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng riskini 45 faiz azaldan məhsul

Tarix: 23-04-2024 10:12     Baxış: 366 A- / A+


Xərçəng riskini  45 faiz azaldan   məhsul 
Bu məhsuldan gündə orta hesabla cəmi 18-20 qram və ya hər iki-üç gündə 50 qrama qədər qəbul etmək xəstəliyin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Xarici medianın məlumatına görə, göbələyin müntəzəm istifadəsi xərçəngin müxtəlif formalarının riskini 45 faiz azalda bilər. Bu, 19,5 mindən çox xəstənin məlumatlarını təhlil edən alimlərin qənaətidir. Bu barədə Pensilvaniya Xərçəng İnstitutunun saytında məlumat verilib.
Araşdırma, müntəzəm olaraq göbələk yeyən insanların, onları yeməyənlərlə müqayisədə xərçəngə tutulma riskinin nəzərəçarpacaq dərəcədə aşağı olduğunu göstərib.

“20 minə yaxın xərçəng xəstəliyinin təhlili əsasında məlum olub ki, gündə ən azı 18 qram göbələk istehlakı xərçəngə tutulma ehtimalını 45 faiz azaldır”, - hesabatda bildirilir.

Epidemiologiya üzrə aspirant Cibril M. Ba göbələklərin hüceyrələri qoruyan unikal və güclü antioksidant olan erqotioninlə zəngin olduğunu vurğulayır. O deyir ki, bədəndə antioksidanların səviyyəsinin artması oksidləşdirici stresslə mübarizə aparmağa və xərçəng riskini azaltmağa kömək edə bilər.
Alimlər həmçinin göbələklərin vitamin və qida maddələrində zəngin olduğunu qeyd edirlər. “Ümumiyyətlə, bizim nəticələrimiz göbələklərin xərçəngə qarşı təsirinə dair mühüm sübutlar təqdim edir”, - tədqiqatın həmmüəllifi Con Riçi əlavə edib.
Əlavə etmək lazımdır ki, göbələklərdə B vitaminləri, D vitamini, həmçinin selen, mis, kalium və fosfor kimi minerallar var.
Tərkibindəki beta-qlükan sayəsində göbələklər immunitet sistemini stimullaşdırır və orqanizmə infeksiyalarla mübarizə aparmağa kömək edir. Bundan əlavə, bəzi tədqiqatlar göbələklərin qan qlükoza səviyyəsini sabitləşdirməyə və insulin müqavimətini yaxşılaşdırmağa kömək edə biləcəyini göstərib.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar