Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Moskva saatını Bakı vaxtı ilə uyğunlaşdırmaq istəyir" - Ekspert

Tarix: 22-04-2024 15:00     Baxış: 349 A- / A+

"Əliyevin bu gün Moskvaya işgüzar səfəri bir sıra mühüm hadisə fonunda baş tutur".
Manevr.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bunu öz sosial şəbəkə hesabında  Azərbaycan Prezidentinin Rusiya paytaxtına səfərini şərh edərkən bildirib.

Ekspert mühüm hadisələri aşağıdakı qaydada sıralayıb: "Rusiya sülhməramlıları Azərbaycan ərazisini vaxtından əvvəl tərk edir; Qazaxın işğal altındakı kəndlərindən dördünün qaytarılması haqda razılaşma ilə delimitasiya prosesində ciddi irəliləyiş baş verir; Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri gözlənilir".

A.Nərimanlı bildirib ki, Qarabağdan tamamilə çıxan Rusiya Cənubi Qafqazda mövqelərinə yaranmış risklərdən narahatdır: "Bəllidir ki, Bakı-İrəvan xəttində iştirakçılığını bu və ya digər formada saxlamağa çalışacaq. Moskvada Əliyevlə Putin bu kontekstdə iki məsələni müzakirə edə bilər. Birincisi, Moskvanın təşəbbüsü ilə Azərbaycan-Rusiya-Ermənistan formatında görüşün keçirilməsidir: Paşinyan Moskvaya səfər edərsə, Putin bu məsələni onunla da müzakirə edəcək, lakin əvvəlcə Əliyevlə razılaşmağa ehtiyac var. İkincisi, Moskva Bakı-İrəvan xəttində iştirakını bundan sonra əsasən sərhədin delimitasiyası məsələsi üzərindən təmin edə bilər, bunun üçün delimitasiya prosesində Rusiya Baş Qərargahında saxlanılan xəritələrin aktuallaşması lazımdır".
Siyasi şərhçi qeyd edib ki, 4 kəndin qaytarılması ilə nəticələnən 19 aprel razılaşması xəritələri arxa plana keçirir: "Hərçənd, razılaşma Bakıya sərhədin digər hissələrinin delimitasiyasında prinspin dəyişdirilməsi - xəritələrin ön plana çıxarılması imkanını da verir. Moskva Bakıdan sərhədin digər hissələrinin müəyyənləşməsində xəritələrdən çıxış etməsini istəyə bilər. Ki, bu həm də SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizlə bağlı olduğu üçün Azərbaycanın da maraqlarına uyğundur. Bakı və Moskvanın bu məsələdə uzlaşan gündəliyi müzakirə mövzularında biri ola bilər. Ümumilikdə Əliyevlə Putinin əsas gündəliyi sülhməramlıların gedişindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlıdır. Ermənistanda anti-Rusiya siyasi xəttin inkişafı Moskvanın bölgədə Azərbaycanı əsas tərəfdaş kimi görməsini şərtləndirib. Bu kontekstdə Moskva saatını Bakı vaxtı ilə uyğunlaşdırmaq istəyir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar