Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan “erməni soyqırımı”ndan imtina edir? – Onu yaxından tanıyan ekspertdən sensasion açıqlamalar

Tarix: 22-04-2024 08:48     Baxış: 360 A- / A+
 Ermənistanın Baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı yeni göstəriş verdiyi bildirilir. Baş nazir hadisələrdə həyatını itirən ermənilərin siyahısının tərtib olunmasını istəyir. Ermənistan Milli Məclisi Müdafiə komitəsinin sədri Andranik Koçaryan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, Nikol Paşinyan “soyqırımına” aid real əsaslar yaratmaq, “soyqırımına” məruz qalan soydaşların daha obyektiv siyahısının tərtib olunmasını istəyir:

“Paşinyanın məqsədi soyqırımı ilə bağlı “real təməllər” qurmaqdır. Bu, bizim 1,5 milyon soydaşımızın hər birinin ünvanlarını və yerlərini bilmək üçün sadə bir məqsəddir. Həmçinin gələcəkdə qonşularla münasibətlərimizin qurulması üçün çox vacibdir. 1.5 milyon, 2 milyon və ya bundan az, tam dəqiqləşdirilmə olmalıdır. Əgər biz bunu sənədləşdirməsək, qarşı tərəf həmişə deyəcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də”.

O, siyahı tərtib olunandan sonra həmin adamların adlarının Soyqırım Muzeyinin divarlarına həkk edilməsini əlavə edib.
Ancaq hökumətin bu təşəbbüsünü “çox təhlükəli” adlandıranlar da var. Onlar deyir ki, bu inkar tezisidir və bunu türklər ötən əsrin 60-cı illərindən dövriyyəyə buraxıb. Hətta bu addıma görə Nikol Paşinyan hökumətini Türkiyədən tapşırıq almaqda ittiham edənlər də az deyil.

Baş verənlərlə bağlı konfliktoloq Arif Yunus Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır. turan.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar