Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Almuradlının 70 illiyinə həsr olunmuş tədbir keçirilib

Tarix: 20-04-2024 20:33     Baxış: 3101 A- / A+

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrında görkəmli teatr və kino rejissoru Rövşən Almuradlınının 70 illiyinə həsr olunmuş anım gecəsi keçirilib.
Milli Məclisi deputatı Müşfiq Məmmədli Manevr.az-a açıqlamasında Rövşən Almuradlının yaradıcılığının çoxşaxəli olduğunu, hər zaman milli mənəvi dəyərlərə, tarixi irsə, qan yaddaşına sadiq qaldığını bildirdi. 

Təbirdə millət vəkillərindən Sabir Rüstəmxanlı, Vüqar Bayramov, mədəniyyət işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Rövşən Almuradlı 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olmuşdur. 
1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almış, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır. 
1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdir. SSRİ xalq artisti V.N.Pluçekin kursunu bitirən rejissor vətənə qayıtmış, müxtəlif teatrlarda tamaşalar hazırlamışdır. 
1976-1980-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor kimi çalışan R.Almuradlı həmin illərdə Şekspirin “Kral Lir”ində Kral Lir, Cəfər Cabbarlının “Aydın”ında Dövlət bəy, Anarın “Adamın adamı”nda İbiş İbişli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin “Kür qırağının meşələri”ndə Qasım obrazlarını yaratmışdır. O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin “Vəzifə” tamaşasına quruluş verərək özünü rejissor kimi sınamışdır. Bundan sonra o, Şəki Dövlət Dram teatrında M.Salimoviçin “Dərviş və ölüm” (1987), Sumqayıt Dövlət Teatrında N.Hikmətin “Bayramın birinci günü” (1987), M.Süleymanlının “Dəyirman” (1988) əsərlərinin quruluşçu rejissoru olmuşdur. 
R.Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun “Qətl günü”, V.Sergeyevin “Bağlı qapı arxasında iki nəfər” əsərlərinə quruluş vermişdir. 

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olmuşdur. O, 1991-ci ildə M.Suleymanlının “Zirzəmi”, 1992-ci ildə M.Dostoyevskinin “Şıltaq qız”, 1992-ci ildə M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərlərini tamaşaya qoymuşdur.
2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” əsərinə quruluş verən R.Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir. O, Bakı Bələdiyyə Teatrında M.Süleymanlının “Bəylik dərsi” (2010), Anarın “Qaravəlli” (2011), M.F.Axundzadənin “Mürafiyə vəkilləri əhvalatı” (2012), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F.Dürrenmattın “Yaşlı xanımın gəlişi” (2012) əsərlərinə quruluş vermişdir. 
R.Almuradlının Azərbaycan kinosunda da xidmətləri danılmazdır. O, 1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında “Hücum” adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru, 1990-cı ildə çəkilən “Azadlığa gedən yollar” filminin rejissorlarından biri olmuşdur. 1993-1995-ci illərdə “Bəri bax” müstəqil kinostudiyasında tammetrajlı “Yük” bədii filminin quruluşçu rejissoru, 1994-cü ildə “Doğma” kino-povesti əsasında çəkilmiş “Ümid” bədii filminin müəllifidir.
2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədii filminin quruluşçu rejissorudur. Görkəmli rejissor və aktyor Rövşən Əziz oğlu Almuradlı 2019-cu il aprel ayının 2-də ömrünün 64-cü ilində vəfat etmişdir.



Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar