Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əhməd Məmmədovun şəhadətə ucalmasının 30-cu ildönümü qeyd edilib

Tarix: 15-04-2024 22:20     Baxış: 3194 A- / A+
Bu gün Qarabağ müharibəsində qəhrəmancasına həlak olan Əhməd Məmmədovun şəhadətə ucalmasının 30-cu ildönümüdür. 
Bununla əlaqədar Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. 
Bu barədə Manevr.az-a açıqlama verən Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirdi ki, tədbirdə öncə şəhid Əhməd Məmmədov barəsində məlumat verilib. Daha sonra şəhidimizin oğlu, tanınmış jurnalist Zaur Əhməd çıxış edərək Azərbaycan xalqının yaddaşında hər bir şəhidin qəhrəmanlıq dastanı əbədi qalacağını bildirib: "O, hazırlanan “Şəhid Əhməd – Oğluma məktub” filminin necə ərsəyə gəlməsindən danışdı. 

Filmin ssenari müəllifi, ehtiyatda olan zabit Seymur Şahbazzadə film barədə ətraflı məlumat verib. Filmdə müharibənin ilk illərindən son qələbəyə kimi baş verən proseslərin əks olunduğunu, ağır mühəribə dövründən mütləq qələbəyə qədərki hadisələrin yer aldığını bildirdi və  film təqdim olundu. Mllət vəkili olaraq çıxış etdik və şəhidimizi hörmətlə anaraq gələcəkdə bu cür filmlərin xalqımızın formalaşmasında mühüm rol oynayacağını vurğuladıq", deputat qeyd etdi.

Vurğulayaq ki, tədbirdə deputat  Ceyhun Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, dövlət və ictimaiyyət nümayəndələri, fəlsəfə doktoru Mail Yaqub, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə iştirak edib.







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar