Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Başkəndin strateji əhəmiyyətinin olmaması qəsdən ortaya atılmış fikirdir”

Tarix: 29-04-2024 17:08     Baxış: 365 A- / A+


 
“Başkəndin (Gədəbəydə) ərazi mübadiləsi əsasında Ermənistana verilməsi təklifi Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi və onların toxunulmazlığının təmin edilməsi prinsiplərinə ziddir”.

Manevr.az musavat.com istinadla xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov bildirib. O əlavə edib ki, Başkəndin strateji əhəmiyyətinin olmaması fikri ya naşılıq əlamətidir, ya da qəsdən ortaya atılmış fikirdir:

“Başkəndin strateji qiyməti- yaxın kəndlərlə coğrafi əlaqə və əhalinin təhlükəsiz zonada yaşamasıdır. Bu, hərbi nöqteyi-nəzərdən taktiki üstünlüklər qazandırmağın işığında daha yaxşı görünməlidir. Bir sözlə, Başkənd həmin istiqamətdə Ermənistanla sərhəd nöqtələrə üstün nəzarət və mümkün risklər zamanı operativ müdaxilə qabiliyyətini artıran imkanlar verir.

Ümumilikdə isə Başkəndi Ermənistana az qala hədiyyə etmək təklifi Azərbaycanın qalibiyyət rejimindəki geosiyasi genişlənməsinə zidd açıqlamadır. Bu fikrin müdafiəsi müharibədə və ondan sonrakı dövrlərdə böyük taktiki və strateji aktivlərə yiyələnən Azərbaycanın qalibiyyətinə uyğun olmayan təslimçi bir mövqedir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar