Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satıldı

Tarix: 28-04-2024 08:45     Baxış: 455 A- / A+


“Titanik” sərnişininin saatı 1,4 milyon dollara  satıldı1912-ci ildə batan “Titanik” gəmisinin ən zəngin adamı Con Ceykob Astor IV-ə məxsus qızıl cib saatı hərracda rekord qiymətə - 1,175 milyon funta (1,4 milyon ABŞ dollarından çox) satılıb.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Qeyd olunub ki, saat “Henry Aldridge & Son” auksionunda ABŞ-dan olan şəxsi kolleksiyaçıya batmış laynerdən xatirə əşyaları üçün indiyə qədər alınan ən yüksək məbləğə satılıb.

Ekspertin fikrincə, Astor o vaxt dünyanın ən varlı adamlarından biri idi, onun sərvəti təxminən 87 milyon ABŞ dolları idi, bu da bu gün bir neçə milyard dollara bərabərdir.

Gəminin sərnişini sonuncu dəfə siqaret çəkərkən və həmkarı ilə söhbət edərkən görülüb. Onun cəsədi hadisədən bir həftə sonra cib saatı ilə birlikdə tapılıb.

Hərracda həmçinin, gəmi batan zamanı çalınan skripkalardan birinin futlyarı 360 min funta (459 min ABŞ dollarından çox) satılıb. Musiqi alətinin özü 2013-cü ildə 1,7 milyon dollara satılmışdı. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar