Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Kuleba Rusiyaya hücumlarla bağlı ABŞ-nin tənqidinə cavab verib

Tarix: 15-04-2024 09:49     Baxış: 461 A- / A+


 
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ölkəsinin Rusiyanın neft emalı zavodlarına hücumlarla bağlı ABŞ-nin tənqidi fikirlərinə cavab verib.
 “RBK Ukraina” xəbər verir ki, o, bu barədə telemarafonda deyib.
Nazir söyləyib ki, Kiyev Rusiyadakı neft emalı zavodlarına edilən hücumların dünyadakı enerji qiymətlərinə təsir göstərdiyini müşahidə etmir:
“Bu iki məqam arasında səbəb - nəticə əlaqələrinin olduğunu düşünmürük. Bir həftə əvvəl ABŞ müdafiə naziri (red: Pentaqon rəhbəri) Lloyd Ostin (Lloyd J. Austin) bu barədə fikirlərini səsləndirmişdi. ABŞ Ukraynanın çox böyük dostudur. Bizim üçün çox şey edib. Amma düzünü desəm, mən Rusiya ərazisinə hücumlarla dünyadakı enerji qiymətləri arasında səbəb - nəticə əlaqəsini görmürəm”.
D.Kulebanın sözlərinə görə, neft emalı zavodlarında baş verən partlayışlar qlobal yox, regional miqyaslıdır: “Bu, ancaq Rusiyanın enerji bazarına təsir göstərə bilər. Biz Rusiyanın enerji bazarında problemlərin yarandığını görürük, amma dünya bazarında heç bir problem yoxdur”.
O, həmçinin tərəfdaşları Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi hücumlar barədə də düşünməyə çağırıb.
Xatırladaq ki, son zamanlar Ukrayna Rusiya ərazisindəki enerji obyektlərinə hücumları intensivləşdirib. ABŞ isə bu hücumları dəstəkləmədiyini bildirir. ABŞ Ukraynanı Rusiya neftayırma zavodlarına hücumları dayandırmağa çağırdığını yazıb.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar