Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Tarix: 28-03-2024 22:44     Baxış: 373 A- / A+
Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb.

A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, Y. Bektimirov 2013-cü ildə Moskva şəhər sakini olan A. Bektimirova ilə ailə qurub. Daha öncə bir dəfə ailəli olmuş qadın qızı ilə birgə Bakıya köçərək həmin kişi ilə birgə yaşayıb. Lakin bir müddət sonra onların münasibəti pozulub. Təxminən 7-8 il müddətində Y. Bektimirov həyat yoldaşını mütəmadi döyüb, təhqiramiz sözlər deyib, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək işgəncə verib.

Sonuncu hadisə zamanı isə A. Bektimirova aldığı xəsarətdən bir gözünü itirib. Bundan sonra qadın xəstəxanaya aparılaraq əməliyyat edilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Y. Bektimirova 2 il həbs cəzası verilib.
Qeyd edək ki, Y. Bektimirov həbs edilənədək özəl şirkətlərin birində operator vəzifəsində çalışıb. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar