Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyev MƏHKƏMƏ QARŞISINDA: Sürücülük hüququndan məhrum edilə bilər

Tarix: 28-03-2024 21:46     Baxış: 4115 A- / A+


Ramiz Mehdiyev MƏHKƏMƏ QARŞISINDA:  Sürücülük hüququndan məhrum edilə bilər
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. 
Manevr.az “qaynarinfo”ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Muradov iş üzrə hakim təyin edilib. 
529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır. 

Bu maddədə inzibati xəta növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. 
Qanunvericiliyə görə, barəsində 529.3-cü maddə ilə protokol tərtib edilən şəxs bu barədə məlumatlandırılır. Daha sonra iş baxılması üçün məhkəməyə göndərilir. 
Ramiz Mehdiyevin ittiham olunduğu maddədən aydın olur ki, o, bundan əvvəl törətdiyi inzibati xətaya görə ona kəsilən cəriməni ödəməyib. 
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Adminstrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar