Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Asiyanın ən zənginləri bu şəhərdə yaşayır: Milyarderlərin yeni paytaxtı

Tarix: 28-03-2024 09:11     Baxış: 383 A- / A+
Hindistanın Mumbai şəhəri 92 milyarderlə Asiyanın yeni “varlılarının paytaxtı” olub.
Xarici KİV bildirir ki, qərargahı Şanxayda yerləşən Hurun Araşdırma İnstitutuna əsaslanan Nikkei Asia mətbuat təşkilatının hesabatına görə, Mumbai 92 milyarderlə Pekini geridə qoyub və Asiya qitəsinin ən çox milyarderinin yaşadığı şəhər olub.
İnstitutun hesabatına görə, Nyu-Yorkda 119 milyarder, Londonda isə 97 milyarder olduğu halda, Mumbai 92 milyarderlə dünya üzrə üçüncü yerdədir.
Hindistanda cəmi 271 milyarder var, Mumbai iqtisadiyyatı 2023-cü ildə 7,5 faiz artıb.
Ölkə bazlı qiymətləndirmələrdə Çin 814 milyarderlə siyahının başında olarkən bu rəqəmin 2022-ci ilə nisbətən 155 nəfər azaldığı müşahidə edilib.
ABŞ 800 milyarderlə ölkənin milyarderlər siyahısında ikinci yerdədir.
ABŞ iqtisadiyyatında süni intellekt və informatika sektorları aparıcı yer tutur.
ABŞ çip istehsalçısı “Nvidia”nın baş icraçı direktoru (CEO) Jensen Huang 48 milyard dollarla siyahıda ilk 30-luğa daxil olarkən, “Google”, “Meta” və “Microsoft” sahiblərinin sərvətində də "ciddi artım" müşahidə edilib.
Texnologiya sektorunda sərvət artımı ilə yanaşı, ABŞ müğənnisi Taylor Sviftin də sərvətinin 1,2 milyard dollara yüksəlməsi diqqət çəkib.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar