Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Qızım hamilə olanda əri onu Türkiyədə dilənçiliyə məcbur edib"

Tarix: 26-03-2024 21:03     Baxış: 477 A- / A+
Martın 23-də itkin düşən Cəlilabad rayonu, Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Qızın anası Gülnisə Kərimova bildirib ki, qızı 10 ilə yaxındır ki, Türkiyə vətəndaşı Fərid Çalqıçı adlı şəxslə ilə ailə qurub. Müəyyən vaxtdan sonra onların ailədaxili münaqişələri yaranıb. Ananın iddialarına görə, Türkiyədə yaşadıqları vaxt qızı və nəvələri Fərid tərəfindən dilənçiliyə məcbur edilib.

Onun sözlərinə görə, Ş.Kərimova Azərbaycana qayıdandan sonra ərini tərk edərək anasının evində yaşamağa başlayıb. Tərəflər arasında münaqişə bundan sonra daha da kəskinləşib. Sonradan Fərid oğurluq etdiyinə görə 3 illik həbsə düşüb:

"Ərinin Türkiyədəki qohumları qızımı dəfələrlə ölümlə hədələyiblər. Novruz bayramı qabağı yenicə həbsdən çıxan Fərid Çalqıçı qızıma qarşı təzyiqləri davam etdirib və onu hədələyib. Qızım övladlarının həyat yoldaşı tərəfindən oğurlanacağından ehtiyat edirdi. Martın 23-də o, axşam saatlarında yaşadığı ünvanı qorxusundan tərk edib".

Qeyd edək ki, bu gün polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Şəfəq Kərimova 3 azyaşlı övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar